Sərdar Zülfüqarov (Zülfüqarov Sərdar Baba oğlu; d. 1929, Zöhrəmi, Dəvəçi rayonu) — Dövlət mükafatı laureatı.
Sərdar Zülfüqarov | |
---|---|
Zülfüqarov Sərdar Baba oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Zöhrəmi, Dəvəçi rayonu |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | ürək çatışmamazlığı |
Vətəndaşlığı | SSRİ |
İxtisası | geoloji coğrafiya |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları | Dövlət mükafatı |
Sərdar Zülfüqarov 1929-cu il avqust ayının 10-da Şabran (Dəvəçi) rayonunun Zöhrəmi kəndində anadan olmuşdur.
Zülfüqarov Sərdar Baba oğlu 2002–ci ilin sentyabr ayının 28-də Bakı şəhərində ürək çatışmamazlığından vəfat etmişdir.
Sərdar Zülfüqarov 1946-cı ildə M.S.Rəsulzadə adına ADU-nun geoloji coğrafiya fakultəsinə daxil olmuş və 1951 ci ildə geoloq ixtisası alaraq universiteti bitirmişdir.
1969 cu ildə “Filizçay yataqlarının əmələ gəlməsinin struktur şəraiti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Bir monoqrafiyanın və 10 elmi əsərin müəllifidir. 1981 ci ildən respublika ərazisində radiaktiv elementlərin öyrənilməsində və ekologiyanın tədqiqi işlərinə rəhbərlik etmişdir.
1950-ci ildən Azərbaycan Geologiya idarəsinin Naxçıvan Muxtar Respublikasının Ordubad geoloji kəşfiyyat partiyasinda kollektor, icraçı geoloq, böyük geoloq və sahə rəisi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Ordubad geoloji kəşfiyyat partiyasının texniki rəhbəri vəzifəsində işləmişdir. Bu müddətdə Nüs-nüs kəndi sahəsində molibdenli kvaslı filiz yataqlarını aşkar etmişdir.
1958 – 1960 cı illərdə Daşkəsən geoloji kəşfiyyat ekspedisiyasının baş mühəndisi vəzifəsində çalışmışdır. 1960-1962 ci illərdə Kəlbəcər və Goranboy rayonları ərazisində civə miniralları, Filizçay polimetal yataqlarının kəşfiyyatında əvəzsiz xidmətləri olmuşdur.
1969 – 1974 cü illərdə Böyük Qafqazın Azərbaycan Respublikası ərazilərində yeni polimetal yataqlarının axtarışında, Zakatala Şəki, Balakən bölgələrinin geoloji xəritələri və bir çox yataqların perspektivliyini öyrənilməsində böyük xidmətləri olmuşdur.
1974 – 1981 ci illərdə Baş Qafqaz geologiya ekspedisiyasının rəisi vəzifəsində olduğu dövrdə filizçay yataqlarının ehtiyatının iki dəfədən çox olduğunu aşkarlamış və nəticədə Dövlət mükafatına layiq görülmüşdür.
SSRİ xalq təsərrüfatı nəaliyyətləri sərgisinin iştirakçısı, dəfələrlə Geologiya Nazirliyinin fəxri fərmanları, kommunist əməyi zərbəçisi, sosialist yarışının qalibi kimi adlara layiq görülmüşdür.
Atası - Zülfüqarov Baba Sərdar oğlu 1888 ci ildə anadan olmuş, kolxozda çalışmış 1973 cü ildə vəfat etmişdir.
Anası - Hüseynova Züleyxa Hüseynalı qızı 1902 ci ildə anadan olmuş, kolxozda çalışmış və 1994 cü ildə vəfat etmişdir.
Sərdar Zülfüqarov 1960-cı ildə Zülfüqarova Həlimət Məmmədəli qızı ilə evlənmiş ,iki qızı,bir oğlu olmuşdur.