Zeynalov Sərdar Bahadur oğlu (2 fevral, 1952, Bakı) — kimya elmləri doktoru, professor. Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri. [1]
Sərdar Zeynalov | |
---|---|
Zeynalov Sərdar Bahadur oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Bahadur Zeynalоv |
Fəaliyyəti | kimyaçı |
Elmi dərəcəsi |
Sərdar Bahadur oğlu 2 fevral 1952-ci ildə Bakı şəhərində anadan olub. V.İ.Lenin adına Azerbaycan Müəllimlər İnstitutunu bitirib. Kimyaçıdır.
Alitsiklik sırasının sadə-mürəkkəb və gilcidil efirlərin alınma prosesi işlənmişdir. Onların alınma mexanizmi və kinetikası tədqiq edilmişdir. sintez edilmiş maddələr sintetik yağların aşkarlar, plastifikatorlar ətirli maddələr, lak boyalar və yapışqan kompoziya kimi istifadə olunmuşdur. Epixlorhidridlərin aromatik turşularla oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq olunmuşdur. Bioaktiv maddələrin və maye kristalların xassələrinə malik olan çoxfunksional birləşmələr sintez edilmişdir.
AMEA Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda elmi fəaliyyətini davam etdirir.[2]
203 elmi əsər və 2 monoqrafiyanın müəllifidir.