Sərrin döyüşü — 2015-ci ildə, Suriyada vətəndaş müharibəsi zamanı Hələb mühafizəsinin şimal-şərqində YPG və Azad Suriya Ordusunun Sərrin şəhərini və ətraf bölgəni İraq Şam İslam Dövlətindən ələ keçirdiyi hərbi əməliyyat.
Sərrin döyüşü | |
---|---|
Tarix | 18 iyun 2015 – 27 iyul 2015 |
|
Təxminən iki ay dayanmış əvvəlki əməliyyat sonra YPG-nin başçılıq etdiyi döyüşçülər 18 iyun 2015-ci ildə Sərrin üzərində hücum əməliyyatlarını yeniləmiş və bunun ardınca 1 iyulda İŞİD-in Kobani qətliamından sonra tammiqyaslı əməliyyat başlamışdır.[1] 4 iyulda YPG və ASO qüvvələri Sərrin şəhərini, həmçinin Sərrinin şimalında yerləşən Xirbat əl-Bürc kəndi və Sərrin Taxıl Silosunu tam mühasirəyə alınmışdır.[2] 12 iyulda İŞİD qüvvələri dəstək qüvvələr əldə etdikdən sonra mühasirələri yarmağa və Sərrinə təchizat xəttini bərpa etməyə müvəffəq olmuşdur.[3] Bununla belə, 24 iyulda YPG və Azad Suriya Ordusu qüvvələri Sərrinin mühasirəsini bərpa etmiş,[4] Sərrin Taxıl Silosu və Xirbət əl-Burc mühasirələri ertəsi günə tam olaraq bərpa olunmuşdur.[5] 27 iyulda YPG-nin başçılıq etdiyi qüvvələr Sərrini və ətraf bölgəni,[6][7][8][9] 25 kənd və 20-dən çox əkin sahəsi daxil olmaqla müəyyən bir ərazini tam ələ keçirmiş, YPG əməliyyatın başa çatdığını elan etmişdir.[10]