Sərtmeyvə halimocnemis

Sərtmeyvə halimocnemis (Elmi adı - Halimocnemis sclerosperma) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Gövdəsiz əsasəndə güclü budaqlanan, 10-20 sm hündürlükdə, boz-göyümtül birillik ot bitkisidir. Yarpaqları 1-5 sm uzunluqda, növbəli, oturaq, yuxarı hissədə sarımtıl, konusabənzər bizvari tikanlıdır. Çiçəklər yarpaq qoltuğunda təkdir, yumurtayabənzər, tikanlı, otvari 2 çiçəkaltlıqlıdır. Erkəkciyi 4, tozcuğu 1-1,5 mm uzunluqda, xətvari, qabarıq oturacaqlıdır, sarı, narıncı və ya göyümtül, uzunsov çıxıntılıdır, tozluğun ölçüsünə bərabər və ya uzundur. Yumurtalıq iki uzun dişicik ağızcıqlıdır. Dişicik ağzı sapvari, 2-3 mm uzunluqdadır, 2-6 dəfə sütuncuqdan uzundur. Meyvəsi 3, 5mm uzunluqda, yumurtavaridir. [1][2][3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvəverməsi dövrü iyun-sentyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən sahələrdə taxıllı –şorangəlik qruplaşmaları əmələ gətirir. [1][2][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan düzənliyi (Böyükdüz, Duzdağ ətrafı). [1][2][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Yeganə lokalitetində antropogen təsirləri azalma təhlükəsini sürətləndirir. [1][2]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Ekoloji və antropogen amillər (otarılma, tapdalanma). [1][2][4]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizə üçün xüsusi tədbirlər aparılmır [1][2][6]. Biotoplarda antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  2. 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  3. Флора Азербайджана, 1952
  4. 1 2 Мовсумова Ф.Г., 2006
  5. Гроссгейм А.А., 1945
  6. Мовсумова Ф.Г., 2009