Sərvət Sami Dədəcay

Sərvət Sami Dədəcay(türk. Servet Sami Dedeçay) — Kipr türkü, akademik və pedaqoq. O, 1976, 1981 və 1985-ci illərdə Şimali Kiprdə keçirilən prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edib.

Sərvət Sami Dədəcay
Doğum tarixi 1929
Doğum yeri
Vəfat tarixi 29 aprel 2015(2015-04-29)

İbtidai və orta təhsilini Larnakadakı Amerika Akademiyasında bitirmişdir. 1960-1968-ci illərdə Paris Universitetinin Hüquq fakültəsində Kriminologiya və Penologiya şöbəsində doktorluq dərəcəsi almışdır. Kipr Cümhuriyyətinin Konstitusiya dövründə Türk komissiyasının rəhbəri Nihat Erimin şəxsi katibi olarkən qərəzsiz İsveçrə Komissiyasında tərcüməçi işləyib. 1968-72-ci illərdə Atatürk Universitetində mütəxəssis vəzifəsində çalışıb. Kiprə qayıtdıqdan sonra öz vəsaiti ilə Lefkoşa Özəl Türk Universitetini qurur. O, Kipr mədəniyyətinə dair iyirmidən çox kitab yazmışdır. Kipr türk qadınları və ümumilikdə Kipr coğrafiyası üzərində işləmişdir[1][2].

Bəzi mənbələrə görə, Dədəçay Kipr türkləri arasında doktorluq dərəcəsi alan ilk qadındır[3]. O, həmçinin 1976, 1981 və 1985-ci illərdə Kipr prezidentliyinə namizədliyini irəli sürmüşdür[4].

  1. "Çalışmaları Kimliğinin Önüne Geçen Kadın: Servet Sami Dedeçay" (PDF). 1 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 may 2022.
  2. Yenidüzen. "Bu hallerin sebepleri ve... Dr. Servet Sami Dedeçay'a saygımla…Kaynak: Bu hallerin sebepleri ve... Dr. Servet Sami Dedeçay'a saygımla…". Kadın/Woman 2000 11 (1) 65-67 Özel Sayı:Kuzey Kıbrıs’ta Toplumsal Cinsiyet Çalışmaları. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2022.
  3. "İlk kadın Cumhurbaşkanı adayı Dr. Servet Sami Dedeçay hayatını kaybetti". 1 iyul 2018. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2022.
  4. Kıbrıs Manşet. "Servet Sami Dedeçay 86 Yaşında Hayatını Kaybetti" (türk). 1 iyul 2018. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]