Sərxan İbrahimoğlu

Sərxan İbrahimoğlu (Mustafayev Sərxan İbrahim oğlu; 18 dekabr 1983, Bakı) — Jurnalist, redaktor. O həm də keçmiş Azərbaycan futbolçusudur. Futbolçu kimi müdafiəçi mövqeyində oynamışdır.

Sərxan İbrahimoğlu
Doğum tarixi 18 dekabr 1983(1983-12-18) (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist, mətbuat katibi[d]
sarkhanibrahimoghlu.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərxan İbrahimoğlu 1983-cü il dekabrın 18-də Bakıda anadan olmuşdur. 1990-cı ildə orta məktəbə daxil olmuş və 2000-ci ildə məzun olduqdan sonra, həmin ildə Milli Aviasiya Akademiyasına daxil olmuşdur. Həmin akademiyada iqtisadiyyat və hüquq fakültəsi üzrə bakalavr və magistr dərəcəsi üzrə təhsil almışdır. İstər akademiya daxilində, istərsə də digər universitetlərə qarşı keçirilən müxtəlif turnir və matçlarda iştirak edərək akademiyanın futbol sektorunda fəal rol oynayıb. Təhsil aldığı akademiyanın ictimai-sosial tədbirlərində fəal iştirak etdiyinə görə bir neçə dəfə təşəkkürnamə və fəxri fərmanlarla mükafatlandırılmışdır.

2005–2006-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Futbol karyerası[redaktə | mənbəni redaktə et]

Sərxan İbrahimoğlunun futbolçu kimi ilk fəaliyyət illəri əsasən 1995-ci ilərdən başlayır. O 1995–1998-ci illərdə UGİM daxilində müdafiəçi mövqeyində futbolçu kimi fəaliyyət göstərmişdir. Futbol karyerası dönəmində bir neçə dəfə respublika və beynəlxalq turnirlərin mükafatçısı olmuşdur. 1998-ci ildən fəaliyyəti Şəfa Futbol Klubunda davam etmişdir.

Şəfa FK[redaktə | mənbəni redaktə et]

O, 1998–2001-ci illərdə Şəfa Futbol Klubunda müdafiəçi mövqeyində futbolçu kimi çıxış etmişdir.

Media kuboku[redaktə | mənbəni redaktə et]

Jurnalistlər arasında keçirilən futbol üzrə "Media kuboku"nda 2 dəfə çempion, 1 dəfə ən yaxşı oyunçu və 3 dəfə ən məhsuldar futbolçu mükafatını qazanmışdır.

Jurnalist karyerası[redaktə | mənbəni redaktə et]

Sərxan İbrahimoğlu 2009-cu ildən Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin "İdman Tv" telekanalında redaktor vəzifəsini icra edir. 2011-ci ildə Türkiyə təcrübəsini öyrənmək məqsədi ilə Türkiyənin NTV Spor kanalında fəaliyyət göstərmişdir. 2013-cü ildə TRT kanalının təşkil etdiyi beynəlxalq seminarda Azərbaycanı təmsil etmişdir.

Fəaliyyəti dönəmində Türkiyə, Rusiya, İspaniya kimi ölkələrə bir neçə dəfə işgüzar səfər etmişdir.

2022-ci ilin iyun ayında Azərbaycan Minifutbol Federasiyasının (AMF) İctimaiyyət və Media ilə əlaqələr departamentinin rəhbəri təyin olunmuşdur.[1][2]

O, "Avropanın minifutbol fatehi" kitabının redaktoru və 2022-ci ilin ən yaxşı filmi nominasiyasında xüsusi mükafata layiq görülən "Doqquzuncu an" filminin müəllifidir. Bundan əlavə, Sərxan İbrahimoğlu həm də 2010-cu ildən İdman TV-də yayımlanan "Favorit" idman proqramının müəllifidir.[3][4][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İdman TV-nin redaktoru bu federasiyanın mətbuat katibi oldu". sportline.az (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  2. "Minifutbol Federasiyasının mətbuat katibi o təyin edildi". manset.az (ingilis). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  3. "Sərxan İbrahimoğlu ideya verdi, "Doqquzuncu an" çəkildi". Sportinfo.Az (az.). 2022-08-19. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  4. ""Doqquzuncu an" filmi geniş auditoriya kütləsi toplayıb". worldinfo.az (az.). 1970-01-01. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  5. "Azərbaycan millisinin Avropa çempionluğundan bəhs edən film geniş auditoriyaya təqdim olunub". Report İnformasiya Agentliyi (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.