Sərxan Novruz oğlu Aliyev ({{DVTY}} şablonu boşdur) — Azərbaycanlı şəhid.
Sərxan Aliyev | |
---|---|
Sərxan Novruz oğlu Aliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Düzrəsullu kəndi |
Vəfat tarixi | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Hacıqabul rayonu |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1992-1993 |
Rütbə | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Alıyev Sərxan Novruz oğlu iyunun 1-də 1974-cü ildə Gədəbəy rayonun Düzrəsullu kəndində anadan olmuşdur. Düzrəsullu kənd orta məktəbinin birinci sinfinə 1981-ci ildə getmiş və 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1992-ci ildə Azərbaycan Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Bir neçə döyüşdə iştrak edən Sərxan sonuncu döyüşdə itgin düşmüşdür. Sərxanla uşaqlıqdan bir həyətdə böyüdüyümə görə onunla qardaş kimi olmuşuq. Sərxan çox sakit oğlan idi. Yaxşı yadımdadır, Sərxan əsgəri xidmətə gedəndən sonra qardaşım Sarvanla görüş üçün yanına getmişdik. Güləzidə hərbi hissədəydi. Həmin vaxt mənə dedi ki, döyüş bölgəsinə getmək istəyirəm. 1992-ci ilin yay ayları idi. Dedim ki, Sərxan, bəlkə Gədəbəydə, Şınıxda döyüşəsən erməni quldurları ilə. 0, mənə gülümsünüb dedi: “Azərbaycan torpağının hər bir qarışı mənim üçün doğmadır, əzizdir, ona görə də hara göndərsələr ora gedəcəm”. Bir az sonra Sərxanın xəbəri Füzuli rayonunun Bəhmənli, Əhmədbəyli, Kürd Mahmudlu kəndlərindən gəlirdi. Sərxan bir neçə ağır döyüşlərdən keçmişdi. Minaatan idi. Erməni quldurlarının 2 tankını 1 kamaz maşınını necə cəsarətlə partlatmasını taqım komandiri danışanda biz nə qədər fərəh hissi keçirdik. Lakin 1993-cü ilin avqust ayında Sərxanın itgin xəbəri bizi çox sarsıtdı. Sərxan Kürd Mahmudlu kəndində gedən ağır döyüşlərin birində itkin düşmüşdü. Atalar yaxşı deyiblər: “Ata qəlbi dağlardan yüksək, ana qəlbi dəryalardan dərindr”. Nina xala böyük təskinliklə bildirdi ki, təki Vətənimiz, doğma torpaqlarımız, yağı düşmənlərdən azad edilsin.
Hacıqabul rayon Nəvahi kənd qəbiristanlığında dəfn olunub.