Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal
Sərxoşluğa görə medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | medal |
Statistika | |
Təsis tarixi | 1714 |
Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib.
Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.