Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir.
İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır.[1][2]
Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir. Dəniz səviyyəsində 20 °C temperatur havada səsin surəti ortalama olaraq 343 m/san-yə (1,230 km/saat) bərabərdir və bu düstur tətbiq olunur "v = (331 + 0.6 T) m/san". Həmçinin 20 °C temperaturlu qatqısız təmiz suda səsin surəti təqribən 1,482 m/san-dir (5,335 km/saat). Metalda isə bu rəqəm 5,960 m/san-dir (21,460 km/saat)