Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur.
Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur.[1]
Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır
Bunlarla yanaşı F, G, H sinifləri kimi yeni modellər də vardır. Yuxarıdakı əsas siniflərin birlikdə istifadəsinə əsaslanır. Demək olar ki, hər firmanın özünə məxsus texnoloji yanaşmaları mövcudur.
Gücləndiricinin ümumilikdə qızma kimi bir sıra mənfi xüsusiyyətləri olduğu üçün elektronika sektorunda tez-tez qarşımıza çıxan və istiliyi yayma xüsusiyyətinə malik aliminum metalından istifadə edilir. Əsasən bu maddədən hazırlanmış bir xarici təbəqənin istifadəsiylə hazırlanır.[2] Bu həm görünüşü, həm də soyutma xassəsiylə sektroda geniş istifadə edilir. Gücləndiricinin içindəki inteqral və yarımkeçirici maddələr bu xarici kasaya təmsa edəcək şəkildə montajlanır və xarici təbəqə inteqral sxemərlə birlikdə işləyir. Ventilyatora (pər, fan) sahib olan modellər də mövcuddur. Gücləndiricinin soyumasına hava axışı ilə dəstək göstərir.[3]