Səssiz zona (isp. La Zona del Silencio) – Meksikanın Duranqo ştatının Mapimi bölgəsində yerləşən səhra ərazisi. Mapimi biosfer qoruğunun ərazisindədir. Ərazi radio siqnallarının qəbul edilə bilməməsi və istənilən rabitə vasitəsinin işləməməsi ilə bağlı olan şəhər əfsanələri ilə məşhurdur. Bermud üçbucağı ilə müqayisə olunur.[1][2]
Səssiz zona | |
---|---|
isp. La Zona del Silencio | |
Məlumatlar | |
Parkın tipi | paranormal ərazi |
Ölkə | |
Yerləşməsi | Mapimi biosfer qoruğu, Duranqo, Meksika |
Koordinatları | 26°41′ şm. e. 103°45′ q. u.Maps_ HGYO |
Tabeçiliyi | Mapimi bələdiyyəsi |
Xəritədə yeri | |
Ərazi qədim dövrdə Tetis okeanının dibini təşkil edirdi. Ona görə də ərazidə bir çox qədim dəniz canlısının qalıqları və duz ehtiyatları var. Bu duz ehtiyatları müasir dövrdə də istifadə olunur.[3]
1970-ci ilin iyulunda ABŞ-nin Yuta ştatındakı Qrin-River kompleksindən Nyu-Meksiko ştatına göndərilmiş Athena RTV sınaq raketi idarəetməni itirmiş və bu əraziyə düşmüşdür. Raketin içində radiokativ element kobalt-57-nin olduğu iki kiçik konteyner var idi.[4][5] NASA raket mühəndisi Vernher fon Braun hadisəni öyrənmək üçün əraziyə göndərilmişdi.
ABŞ Hava Qüvvələrinin əməliyyatı nəticəsində ərazi ilə bağlı bir çox mif və şəhər əfsanəsi ortaya çıxmışdır. Yerli sakinlərdən birinin bu qəza qalıqlarını mühafizə etmək üçün işə götürülməsi bu şayiələrin yayılmasına kömək etmişdi. Ərazi ilə bağlı əfsanələrə radio siqnallarına mane olan qəribə maqnit anomaliyaları, flora və faunanın mutasiyası, UNO ziyarətləri daxildir.[1][2] Ərazi Bermud üçbucağı ilə müqayisə olunur və bu əfsanələr əraziyə turist cəlb etmək üçün istifadə olunur.