Sətənay

Sətənay - türk, qafqaz və nart mifologiyalarında əfsanəvi xanım. Seteney (Satanay) olaraq da bilinir. Qaraçay-Malkar xalqıyla sıx olan Nartların dastanlarında bu xalqın anaları olaraq qəbul edilir. Gözəlliyin və müdrikliyin simvoludur. O, Nartların lideri Örüzmək'in arvadıdır. Atası Günəşdir və anası Aydır. Fövqəltəbii güclərə və sehrlərə malikdir. Prenses mənasını verən Biyçe ünvanını daşıyır. Sətənay Biyçe gələcəkdən xəbər verir, istədiyi insanın və ya heyvanın şəklinə girə bilər. Nart dastanlarında Sətənay ilə Örüzmək'in xoşbəxt bir həyat yaşadıqları izah edilir. Nartları düşdükləri çətin vəziyyətlərdən iti zəkasıyla qurtarmağı bacaran Sətənay, əri Örüzmək'e də çətin anlarında kömək edir. Nartlar Sətənaya məsləhətləşmədən heç bir işə kalkışmazlar.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Sat/Sət) kökündən törəmişdir. Satmaq hərəkəti ilə əlaqəlidir. Türklərdə "Satı" ənənəsi ilə əlaqəli görünməkdədir. Nart dillərində xanım, kraliça mənasını verər. Nartlar tək bir cəmiyyət olmayıb minlərlə ildir türk, çeçen, osetin, abxaz, avar mənşəli birliklərin birlikdə yaşadığı qafqaz xalqıdır. Hər biri öz dillərini danışır. Ortaq mədəni ünsürlərinin bunların hansından gəldiyini təyin etmək qeyri-mümkündür. Bəzən yalnız dilçi təhlil etmələr ipucu verməkdə lakin bu da hər vaxt kafi olmur.

Mənbə[redaktə | mənbəni redaktə et]