Səthi meyillik xəritəsinin tərtibi

Səthi maillik xəritəsinin tərtibi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir.

Maillik dərəcələrinin seçilməsi[redaktə | mənbəni redaktə et]

Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır.

Maillik xəritələrin əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir. Baş verəcək bu kimi təbii proseslərin qarşısının alınmasında səthi maillik xəritələrinin köməyindən istifadə etmək olar.

Nəticə[redaktə | mənbəni redaktə et]

Səthi maillik xəritələri dağətəyi və dağlıq zonalarla yanaşı düzənlik zonalar üzrə də tərtib edilməlidir. Çünki bütün hallarda eroziyaya qarşı mübarizə tədbirləri görülməzsə, hətta düzənlikdə də belə intensiv torpaq eroziyası prosesi baş verə bilər. Məlum olduğu kimi respublikamızın düzənlik hissələrində eroziyasu basma hadisəsi qəfildən yağan leysan yağıntılarının düşməsi və suvarma suları ilə əlaqədardır (suvarılan zonada). Yəni bu vaxt müəyyən mailliyə malik cərgələrarası becərilən bitkilər yayılmış torpaqlarda irriqasiya eroziyası baş verir. Belə hallarda suvarılan sahələr özünün təbii münbitliyini itirir, çünki yuyuntu məhsulları ilə bərabər torpağın şum qatında humus, qida elementləri, torpağa verilmiş üzvi və mineral gübrələr yuyur və suya davamlı aqreqatların strukturluluq funksionallığı öz möhtəviyyatını itirir.[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

КАРТА СКЛОНА

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Горнолыжная трасса

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Q.Ş.Məmmədov, Q.Ş. Yaqubov "Eroziyaya uğramış, şorlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanmasına dair TƏLİMAT" Bakı: 2010, səh: 32-34