Səttar Nəcəfov

Səttar Sədyar oğlu Nəcəfov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycanlı şəhid.

Səttar Nəcəfov
Səttar Sədyar oğlu Nəcəfov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri, Qobustan qəsəbəsi
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Füzuli rayonu
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1992-1994
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəcəfov Səttar Sədyar oğlu 1971-cü ildə Bakı şəhəri, Qobustan qəsəbəsində anadan olmuşdur. O ailənin ortancıl övladı idi. Mərhumun uşaqlıq və yeniyetməlik illəri paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində keçib. Burada 223 saylı orta məktəbdə təhsil alıb.Orta məktəbdə oxuduğu illərdə idmanla məşğul olub,fiziki hazırlığına ciddi diqqət yetirib.Səttar öz ədəb-ərkanı ilə onu tanıyanların hörmətini qazanıb. Cəsarətli,yoldaşlıga sadiq,vədinə xilaf çıxmayan,heç bir çətinlikdən çəkinməyən gənc kimi tanınıb.Uzun illər neft sənayəsində öz halal zəhməti ilə çcalışmış,əmək veteranı olan atasının oğluna verdiyi tərbiyə onun dünyagörüşünə,fərdi keyfiyyətlərinə öz müsbət təsirini göstərib.Atasının əmisinin və ana tərəfdən babasının 1941-1945-ci illərdə ağır müharibə sinaqlardan keçmələri də Səttar üçün bir həyat örnəyi idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hərbi xidmətə çağırılanadək Səttar sürücülük kursu keçib,eləcə də qısa müddətdə inşaat dəstəsində işləyib. O,Qazaxıstan SSR-in Aktyubinsk şəhərinfə (indiki Qazaxıstan Respublikasının Aqtöbe şəhərində-Y.A.),sovet ordusu siralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmət zamanı bir sıra məharət dərəcəri nişanları,eləcə də idman yarışlarında qalib yerləri tutduğuna görə fəxri fərmanlarla mükafatlandırılıb. Sonra Vətənə qayıdan S.Nəcəfovun doğmalarına qovuşması,ailə qurması,zəhmətə qatılması onun həyat yolunun yeni bir səhifəsi idi. Ancaq taleyinə dinc və acısız günlər əvəzinə müharibə sınaqları ilə üz-üzə gəlmək yazılmışdı. 1992-1994-cü illər Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin daha da şiddəttləndiyi,düşmənin hərbi təcavüzünün geniş miqyas aldığı bir dövr idi.Ön cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi.Daxili Qoşunların şəxsi heyəti o illərdə torpaqlarımızın müdafiəsində mətinliklə dayanıb.Hərbi qulluqçularımızın sıralarında xeyli sayda həlak olan,itkin düşən və yaralanan vardı. Daxili Qoşunların Arxivindən verilən 4 noyabr 2019-cu il tarixli arayışda qeyd edilib ki,S.Nəcəfov 1993-cu ilfevralın ayında Daxili Qoşunların 99713 saylı hərbi hissəsinin tərkibində hərbi xidmətə qəbul olunub.Sovet ordusu sıralarında yiyələndiyi hərbi xidmət təcrübəsi ona üzərinə düşən vəzifələrin yerində yetirilməsi,döyüş hazılığının artırılmasında gərəkli olub.

İrsi[redaktə | mənbəni redaktə et]

Hacıqabul rayon Nəvahi kənd qəbiristanlığında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • "Qazet:Şəhidlərimiz". (#cite_web_url)