Səttar Quliyev Sahib oğlu (2 aprel 1969, Anzov, Yardımlı rayonu – 3 iyul 1993, Cəbrayıl rayonu) — 1-ci Qarabağ müharibəsi şəhidi.
Səttar Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adı | Nazim |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Sahib Quliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
1969-cu il aprelin 2-də Anzov kəndində anadan olmuşdur.1976-cı ildə Anzov kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş, burada ibtidai təhsilini başa vurduqdan sonra Hamarkənd orta məktəbində 1986-cı ildə orta təhsilini başa vurmuşdur.
1987-ci ilin 18 iyununda hərbi xidmətə çağırılır. İki illik hərbi xidməti Ukraynadakı daxili qoşunlarda başa vurur: 1989-cu il iyulun 6-da hərbi xidməti başa vurub boya-başa çatdığı Anzov kəndinə qayıdır.1992-ci il dekabrın 17-də könüllü cəbhəyə gedir. Düşmən Cəbrayıl rayonuna hücum edərkən Səttargilin hissəsini də bu rayona gətirirlər.3 iyul 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.[1]