Səudiyyə Ərəbistanının İraq səfirliyi — Səudiyyə Ərəbistanının İraqndakı diplomatik nümayəndəliyidir. Paytaxtda - Bağdad şəhərində yerləşir. Səudiyyə Ərəbistanının İraqdakı fövqəladə və səlahiyyətli səfiri 2015-ci ildən Tamer əs-Sabhandır[1]
Səudiyyə Ərəbistanının İraqdakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdır.[1] Yalnız bundan 25 il sonra – 2015-ci ilin sonunda fəaliyyəti yenidən bərpa olunmuş və Tamer əs-Sabhan ölkənin İraqdakı səfiri təyin edilmişdir.[1]