Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir.
Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir.