Səxavət Hacıyev

Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) —

Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir.

Səxavət Hacıyev

Səxavət Zirvəsinin döyüş yolları

[redaktə | mənbəni redaktə et]

Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı. Sonralar Naxçıvana yollandı , Sədərək uğrunda döyüşlərdə böyük igidliklər göstərdi, daha da mətinləşdi. 1992-ci ilin dekabr ayında Səxavət yenidən Milli Qurtuluş taqımın tərkibində Qarabağda ağır və qanlı döyüşlərin iştirakçısı oldu.

17 yanvar 1993-cü ildə Səxavətin sonunucu qəhrəmanlıq döyüşu oldu. Döyüş Ağdərənin 1992-ci il martın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Sırxavənd kəndi uğrundə gedirdi.

Döyüşdə öz üzərinə çətin bir missiyanı götürən Səxavət düşmən maşınından gələn səngimiyən atəşləri susdurmaq üçün bir neçə qumbara götürərək düşmən maşınına yaxınlaşaraq onları zərərsizləşdirmişdir. PDM-in atdığı mərminin qəlpələri onu döş nahiyəsindən ağır yaraladı. Və təcilli vertayotla Bakıya aparılaraq M. Nağıyev adına xəstəxanədə yerləşdirilmişdir. Həkimlərin 8 günlük səyi və ağır cərrahiyyə əməliyyatları nəticəsiz qaldı.25 yanvar 1993-cü ildə cəsur Səxavət əbədi ölməzliyə qovuşur. Vətən uğrundakı, vətən borcunu şərəflə yerinə yetirir və müqəddəs şəhidlik zirvəsinə ucaldı.

Qartal kimi zirvələrə can atdı, Yağıları qabağında oynatdı, El-obanın ad-sanını ucaltı. Qacaq Nəbim, Səttərxanım, Səxavət.
İ. Öməroğlu

Azərbaycanın ağırlı-acılı günu olan Qarabağ müharibəsində , onun müdafiəsi üçün könüllulər lazım idi. Öz canını vətən uğrundə keçməyə hər zaman hazır olan oğullardan biri də Səxavət Hacıyev idi. 20 ildir ki, Səxavətsiz qalan zirvə Səxavət ruhunu özundə yaşadır. Bu zirvəyə yol Səxavətin Qarabağ müharibəsindəki döyüş yolundan keçir. Səxavətin tərcümeyi-halı haqqında məlumat verməyini məqsədəuyğun hesab edirik.