Səxavət Quliyev (tam adı: Quliyev Səxavət Balay oğlu; 13 aprel 1940, İsaqlı, Cəbrayıl rayonu – 20 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Səxavət Quliyev | |
---|---|
Quliyev Səxavət Balay oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İsaqlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
1940-cı ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. Nəsimi Rayon İstehlak Cəmiyyətində mağaza müdiri işləmişdir. 4 övladı qalıb. Yanvarın 19-cu gecəsi güllə səsi eşidəndə küçəyə çıxıb. Geri gəlməməsindən sonra qardaşı Mahir küçəyə çıxır. Səxavəti soraqlayanda cavab verirlər ki, onu vurdular. Mahir qardaşının arxasınca 5 nömrəli xəstəxanaya gedir. Qardaşı Səxavəti tapanda artıq o keçinmişdi. Kürəyində bir güllə yarası olub. Şəhidlər xiyabanında dəfn edilib.[1]