Səyyarə Əliyeva

Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri.[1][2]

Səyyarə Əliyeva
Səyyarə Qulam qızı Əliyeva
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu (indiki ADNA)

Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir.

1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir. Eyni zamanda uzun müddət yanacaq distillatların hidrogenləşmə pro-sesləri üzrə müasir sənaye katalizatorlarının modifikasiyası əsasında yeni katalizator alınması texnologiyası işlənilmişdir. Onun neftlərin təkrar emal məhsullarının əsasında yüksək termostabil yanacaqlarının alınması sahəsində tədqiqatları da diqqətə layiqdir. 2009-ci il 18 dekabrda o, «Azərbaycan neftlərindən perspektiv reaktiv yanacaqlarının və hidravlik mayesinin baza məhsulunun alınması» mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə AAK-ın qərarı ilə texnika üzrə elmlər doktoru diplomunu almışdır. O, bu illər ərzində 87 elmi əsər nəşr edib, o cümlədən 3-patent, 11 keçmiş SSRI-nin müəlliflik şəhadətnaməsinin müəllifidir. 2009-cu ildən bu günə kimi «Reaktiv və dizel yanacaqları» laboratoriyasının müdiri vəzifəsində işləyir. Institutun «Elmi Şura»larının üzvüdür, institutda nəşr olunan «Neft kimyası və neft emalı prosesləri» jurnalının redaksiya heyətinin üzvüdür. Institutda işlədiyi müddət ərzində Əliyeva Səyyarə Qulam qızı özünü zəhmətkeş, bacarıqlı elmi işçi kimi göstərmişdir. Mütəmadi olaraq elmi biliyini artırmaqla, ölkə və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.

Elmi naliyyətləri

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq Azərbaycan neftinin qarışığından və təkrar emal məhzulları, həmçinin parafinli neftlərindən perspektiv tələblərə cavab verən PT, Jet A-1, T-6 markalı reaktiv yanacaqlarının, АМГ-10 hidravlik mayenin baza məhzulunun, kükürdün miqdarı 10 ppm-dən, aromatik karbohidrogenlərin miqdarının 10% kütlə politsiklik aromatik karbohidrogenlərin miqdarı 11%-dən, setan ədədinin 51-53, yeyilmə ləkəsinin diametri 460 mkm-dən çox olmayan ekoloji zərərsiz dizel yanacaqlarının alınması texnologiyaları işlənib hazırlanmışdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri 2004-cü ildə H. Əliyev adına Bakı NEZ “Katalitik krekinq” qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində tətbiq olunmuşdur. Müəssisə bu texnoloji prosesin tətbiqindən ildə 9,0 milyon manat gəlir əldə edir. 2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. Həmçinin АМГ -10 hidravlik yağının baza məhsulun parafinli neftlərindən ətraf mühitə zərər verməyən yeni ekoloji təmiz texnologiya ilə alınması işlənib hazırlanmış və Respublika patenti ilə təsdiq olunmuşdur.

Aparılan elmi-tədqiqat işlərinin nəticələri 2004-cü ildə H. Əliyev adına Bakı NEZ-də “Katalitik krekinq” qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində tətbiq olunmuşdur. Müəssisə bu texnoloji prosesin tətbiqindən ildə 9,0 milyon manat gəlir əldə edir. 2006-cı ildə “Azərneftyağ” NEZ-də “Azdövrlü və orta dövrlü” DT markalı dizel yanacağının “İstehsal texnologiyası” işlənib hazırlanmış və tətbiq olunmuşdur. RT markalı reaktiv yanacağının Г-43 107 M qurğusunun 100 saylı hidrotəmizləmə bölməsində alınmasının texnoloji reqlamenti hazırlanmış və zavoda təqdim olunmuşdur. Həmçinin АМГ-10 hidravlik yağının baza məhsulun parafinli neftlərindən ətraf mühitə zərər verməyən yeni ekoloji təmiz texnologiya ilə alınması işlənib hazırlanmış və Respublika patenti ilə təsdiq olunmuşdur.

Elmi – təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • NKPİ-nin Elmi Şurasının üzvü
  • NKPİ-nin Həmkarlar Komitəsinin İdarə Heyətinin üzvü
  • “Reaktiv və dizel yanacaqları” laboratoriyasının Həmkarlar Təşkilatının sədri
  • İxtisaslaşdırılmış Elmi Şuranın nəzdində Seminar Şurasının üzvi,
  • İnstitutun Böyük Elmi Şurasının üzvi,
  • “Neft Kimyası və Neft Emalı Prosesləri” jurnalının redaksiya heyətinin üzvi,
  • Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il 256 №-li sərəncamının əsasında hazırlanmış “Azərbaycan Respublikasında Dövlət Sirrinin Mühafizəsi” sisteminin inkişafına dair komissiyasının üzvi,
  • 2014-2018-ci illər üçün Dövlət Proqrqmına əsasən AMEA NKPİ-də yaradılmış “Neft emalı texnologiyası üzrə Ekspert komissiyasının üzvi”.
  • D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin III və IV dərəcəli mükafatları diplomu.
  • Tuti Bikə mükafatı – 2013.


Elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]

Səyyarə Əliyevanın 132-ə yaxın elmi əsəri var.

  1. Рустамов М.И., Абдуллаев Р.И., Мамедов Д.И., Султанов С.А., Аббасов В.М., Алиева С.Г., Агасиев Р.А. Производство экологически чистого дизельного топлива из нефтей Азербайджана путем гидроочистки на секции комплекса Г-43-107 М. Процессы Нефтехимии и Нефтепереработки, 2006 г.3 (26), с. 43-48;
  2. Алиева С.Г., Гусейнова С.Ш., Ящник С.А., Исмаилова З.Р., Исмаилов Э.Г. Получение экологических чистого дизельного топлива из смеси Азербайджанских нефтей на промышленных и наноструктурированных катализаторах. Нефтепереработка, нефтехимия, катализ (сборник трудов ИНХП НАНА) 2010, Баку – «Элм», с. 271, с. 45-52;
  3. Алиева С.Г. Новая технология получения основы гидравлического масла АМГ-10 из азербайджанских парафинистых нефтей. «Нефтепереработка и нефтехимия», 2010, №2, с. 26-28;
  4. Алиева С.Г., Гусейнова С.Ш., Исмаилов Э.Г., Юсифов Ю.Г., Аббасов Я.А., Ящник С.А., Исмаилова З.Р. Получение сверхмолосернистых дизельных топлив на наноструктурированных катализаторах. Экологический вестник России (ЭВР), 2011, №6, с. 8-10;
  5. Alieva S.Q., Guseynova S.Sh. Production of ecological diesel fuel from the mixture of Azerbaijan oils. Euro-Eco Hannover 2011 Internationals Congress Fachmesse Programm Abstracts;
  6. Гасымова З.Б., Аббасов В.М., Алиева С.Г., Джафарова Р.А., Гришина И.Ф., Ахмедханова М.Ш. Получение реактивных и ракетно-топливных компонентов на основе энергоемких углеводородов. «Мир нефтепродуктов» вестник нефтяных компаний, 2012, №1, с. 12-14;
  7. Джафаров Р.П., Алиева С.Г., Гусейнова С.Ш. Математическое описание процесса гидроочистки и гидрирования при получении дизельного топлива, отвечающего требованиям евро-5. Технологии нефти и газа 2013, №6 (89), с.26-29;
  8. Алиева С.Г., Джафаров Р.П., Гусейнова С.Ш. Изучение оптимальных условий процесса гидроочистки и гидрирования при получении дизельного топлива, отвечающего требованиям Евро-5. Азербайджанское нефтяное хозяйство, №11 2013 г;
  9. Zeynalov E.B., Kərimov P.M., Əliyeva S.Q., Ələsgərova O.M., Ağayev B.K., Salmanova Ç.Qş, Quliyeva E.M. Nano-TiO2 (PC-500) katalizatorunun iştirakı ilə təbii neft turşusu və difenilpropanın propilen oksidinin monoefiri əsasında diefirin sintezi və antioksidant xassələrinin öyrənilməsi Elmi əsərlər cild 2№, 2014 vol.2, səh.283-286;
  10. Алиева С.Г., Назаров И.Г., Курбанова З.М., Гулиева Е.М., Гусейнова С.Ш., Байрамова М.Н. Синтез и исследование цетаноповышающих присадок Процессы нефтехимии и нефтепереработки, 15.4(60), 2014, с.359-363.
  11. Велиева Ф.М., Алиева С.Г., Гулиева Е.М., Гусейнова С.Ш. Исследование кинетических закономерностей процесса гидрообессеривания дизельной фракции, /Технология нефти и газа, 2016 г., №2, стр. 19-23.
  12. Əliyeva S.Q., Qurbanov H.N., Cəfərova R.Ə., Salmanova Ç.Q., Quliyeva E.M., Bayramova M.N. C5-C6 Alitsiklik neopoliolların müxtəlif qurluşlu efirlərinin əlavəsilə hidrotəmizlənmiş dizel yanacaqlarının termooksidləşmə stabilliyinin yaxşılaşdırılması, Azərbaycan Neft Təsərrüfatı, №5, 2016, səh.38-41.
  1. "Arxivlənmiş surət". 2012-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-11.
  2. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.

Neft-Kimya Prosesləri İnstitutu