Səyyarə Məmmədli

Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək).

Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli
Doğum adı Səyyarə İsmayılova
Təxəllüsü Məmmədli
Doğum tarixi 25 yanvar 1961(1961-01-25) (63 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası İsmayılov Oruc Məhəmməd oğlu
Təhsili
Fəaliyyəti şair-yazıçı
Üzvlüyü

Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub.

1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir.

2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.[1]

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.

  • "Zamanın əl ağacı", Bakı, "Yurd" NPB, 2007. 232 səh., 250 tiraj[2].
  • "Yalnız qələm dözür ağırlığıma", Bakı, "Vektor Nəşrlər Evi", 2014.
  • "Hələ də uzaq bir səyyarəyəm mən". Bakı, "Elm və təhsil", 2020. 188 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Səyyarə Məmmədli - Həsrət dirəkləri (Ən Yaxşı Şeir)" (az.). ayb.az. 03.10.2014. İstifadə tarixi: 2015-01-19.
  2. "Zamanın əl ağacı" — dəyərli yaradıcılıq uğuru Arxivləşdirilib 2016-09-21 at the Wayback Machine (az.)