SMACS J0723.3-7327 (qısaca: SMACS 0723) — Uçan Balıq bürcündə yerləşən və təxminən 5,12 milyard işıq ili uzaqlıqda olan qalaktika topası.[1][2][3][4] SMACS 0723 Cənub yarımkürəsində görülən və əsasən Habbl və digər teleskoplar vasitəsilə araşdırma aparılan qalaktika topasıdır. Ceyms Vebb teleskopu vasitəsilə ilk tam rəngli fotoşəkildə yer almışdır.