Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sovet İttifaqı Xarici İşlər Nazirliyi və ya tam şəkildə Sovet Sosialist Respublikaları İttifaqının Xarici Əlaqələr Nazirliyi (Министерство внешних сношений СССР), Rəsmi olaraq 1923-cü il iyulun 16-da yaradılmış dövlət qurumudur. Bu qurum 1946-cı ilə qədər Xarici İşlər Xalq Komissarlığı (Народный комиссариат по иностранным делам) və ya qısaca Narkomindel . 1946–1991-ci illərdə isə Xarici İşlər Nazirliyi (Министерство иностранных дел) olaraq adlandırılmışdır.
Xarici İşlər Nazirliyi | |
---|---|
Министерство иностранных дел СССР | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Sovet Sosialist Respublikaları İttifaqı |
Yaradılma tarixi | 16 iyul 1923 |
Əvvəlki qurum | SSRİ Xarici İşlər Xalq Komissarlığı[d] |
Ləğv edilib | 26 dekabr 1991 |
Sonrakı | Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi |
Tabelik | SSRİ Nazirlər Soveti[d] |
Baş qərargah |
|
Vikianbarda əlaqəli mediafayllar |
Nazirlik 16 iyul 1923-cü ildə Sovet İttifaqının yaradılması haqqında müqavilə imzalandıqdan sonra keçmiş Rusiya SFSR Xarici İşlər Xalq Komissarlığının bazasında ümumittifaq səviyyəsində yaradılmışdır. Seçiləcək hər bir nazirin namizədliyi Sovet İttifaqı Nazirlər Sovetinin sədri tərəfindən irəli sürülür və Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq edilirdi.
Xarici İşlər Nazirliyi diplomatik müqavilələr üzrə danışıqlar aparır, Beynəlxalq Mərkəzi Komitənin şöbəsi ilə Sovet xarici siyasətini aparır, dünya ölkələrini beynəlmiləlçilik, dünya kommunizmi və anti-imperializm məqsədlərinə doğru istiqamətləndirirdi. Mixail Qorbaçov Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olana qədər nazirliyin strukturu demək olar ki, dəyişilməz qaldı.