Saçaqlı tısbağa

Saçaqlı tısbağa və ya mata mata[3]) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir.

Saçaqlı tısbağa
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Saçaqlı tısbağa
Beynəlxalq elmi adı

Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var.

Saçaqlı tısbağanın başı

Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır[4].

Cənubi Amerikanın Orinoko hövzəsindən Amazon hövzəsinə qədər, orta və şimali Braziliya, Venesuela, Şərqi Kolumbiya, Ekvador, Peru (şərqi), Boliviya (şimalı), Fransız Qviyanası, Qayana, Surinam və Trinidadın durğun sularında yaşayır. Floridaya (ABŞ) isə introduksiya olunmuşdur.

Təbiətdə əsasən balıqla qidalanırlar. Bunun xaricində nadir hallarda çömçəquyruq, qurbağa, molyus və su quşları (xəlvəti olaraq ovlaya bilirlər) ilə qidalanırlar.

Saçaqlı tısbağa və insan

[redaktə | mənbəni redaktə et]

Bəzi yerlərdə yaşayış yerlərinin məhv olması səbəbindən növün sayı azalır.

Qapalı vəziyyətə saxlanılması

[redaktə | mənbəni redaktə et]

Mata-mata parlaq işığı sevmədiyi üçün müxtəlif yerlərdə möhkəmləndirilmiş ekranlar tərəfindən yaradılan kölgəli sahələri olan geniş akvaterrariumlarda saxlanılır. Çox istisevər bir tısbağadır, suyun temperaturu + 28 … + 30 °C və hava istiliyi + 28 … + 31 °C-də saxlanılır. +24 °C-də yeməkdən imtina edir. Qapalı vəziyyətdə mata-mata daha balıqlarla qidalanır, baxmayaraq ki, qurbağalar və toyuq əti ilə də yaxşı qidalanır. Tısbağalar il boyu cütləşirlər. YumurtaNI oktyabr–dekabr aylarında qoyur. Bir dəfəmə 12 ilə 28 yumurta qoyması ilə seçilir. +30 °C temperaturda inkubasiya müddəti 60–140 gün, +28 °C — 194 gün, + 24 … + 25 °C — 250–311 gündür. Gənc tısbağalar balıq qırıntıları ilə bəslənilir.

  • Кудрявцев С. В., Фролов В. Е., Королев А. В. Террариум и его обитатели (обзор видов и содержание в неволе). — М.: Лесная промышленность, 1991. — С. 270. — 349 с.
  1. Fritz U., Havaš P. Checklist of Chelonians of the World (ing.). // Vertebrate Zoology / Senckenberg Nature Research Society 2007. Vol. 57, Iss. 2. P. 149–368. ISSN 1864-5755; 2625-8498
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. Кудрявцев С. В., Фролов В. Е., Королев А. В. Террариум и его обитатели (обзор видов и содержание в неволе). — М.: Лесная промышленность, 1991. — С. 270. — 349 с.
  4. Toutes les tortues du monde by Franck Bonin, Bernard Devaux and Alain Dupré, second edition (1998), editions Delachaux and Niestlé / WWF

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]