Sağlam ətraf mühit hüququ

Sağlam ətraf mühit hüququ — insan sağlamlığını təmin edən ekoloji sistemləri qorumaq üçün insan hüquqları və ictimai ekoloji təşkilatlar tərəfindən müdafiə edilən insan hüququdur[1][2]. Bu hüquq su və sanitar hüququ, qida hüququ və sağlamlıq hüququ kimi digər sağlamlıq yönümlü insan hüquqları ilə qarşılıqlı əlaqədədir[3].

Hüquq dövlətin ətraf mühitin tənzimləmələrini izləmək və tətbiq etmək, çirklənməyə nəzarət etmək və ətraf mühit problemlərindən təsirlənən icmalara ədalət və müdafiəni təmin etmək vəzifəsi yaradır[4]. Sağlam ətraf mühit hüququ iqlim dəyişikliyi və digər ekoloji məsələlər üzrə məhkəmə çəkişmələri üçün ekoloji hüquqi presedentlərin müəyyən edilməsi üçün mühüm hüquq olmuşdur.[5][6].

Sağlam ətraf mühit hüququ insan hüquqlarına və iqlim dəyişikliyinə beynəlxalq yanaşmanın əsasını təşkil edir. Bu hüququ dəstəkləyən beynəlxalq müqavilələrə 1972-ci il Stokholm bəyannaməsi, 1992-ci il Rio Bəyannaməsi və bu yaxınlarda qəbul edilmiş Qlobal Ətraf Mühit Paktı daxildir. BMT-də 150-dən çox dövlət bu hüququ bu və ya digər formada milli qanunvericilik, məhkəmə çəkişmələri, konstitusiya hüququ, müqavilə hüququ və başqaları vasitəsilə tanımışdır. İki regional müqavilə, İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası və İnsan Hüquqları üzrə Amerika Konvensiyası sağlam ətraf mühit hüququnu özündə ehtiva edir[7]. Uşaq Hüquqları haqqında Konvensiya kimi digər insan hüquqları sənədləri bu sənədin əsas istiqamətləri ilə əlaqəli olduğu dərəcədə ətraf mühit məsələlərinə istinad edir, bu halda o uşaqların hüquqlarına istinad etmiş olur.

İnsan Hüquqları və Ətraf Mühit üzrə Xüsusi Məruzəçilər Con Noks (2012-2018) və Devid Boyd (2018-indiki) bu hüquqların beynəlxalq hüquqda necə rəsmiləşdirilməsinə dair tövsiyələr vermişlər[8]. Bu 2020-ci ildə BMT və yerli hüquq icmaları (məsələn, Nyu-York Vəkillər Kollegiyası) səviyyəsində bir sıra komitələr tərəfindən təsdiq edilmişdir[9].

  1. "The Case for a Right to a Healthy Environment". Human Rights Watch (ingilis). 2018-03-01. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
  2. "The Time is Now for the UN to Formally Recognize the Right to a Healthy and Sustainable Environment". Center for International Environmental Law (ingilis). 2018-10-25. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
  3. "OHCHR | Good practices on the right to a healthy environment". www.ohchr.org. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
  4. Boyle, Alan. "Human Rights and the Environment: Where Next?". European Journal of International Law (ingilis). 23 (3). 2012-08-01: 613–642. doi:10.1093/ejil/chs054. ISSN 0938-5428. 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  5. Atapattu, Sumudu, "The Right to a Healthy Environment and Climate Change: Mismatch or Harmony?", The Human Right to a Healthy Environment, 2018: 252–268, 2021-04-07 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2022-04-30
  6. Varvastian, Sam. "The Human Right to a Clean and Healthy Environment in Climate Change Litigation" (ingilis). 2019-04-10. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  7. Human Rights, Health & Environmental Protection: Linkages in Law & Practice. Health and Human Rights Working Paper Series No 1.
  8. "OHCHR | Right to a healthy and sustainable environment". www.ohchr.org. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.
  9. "Human Right to a Healthy Environment: UN Formal Recognition". nycbar.org (ingilis). 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-10.