Filmdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Stomatoloji Mərkəzi əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə yaradılan tanınmış sağlamlıq ocaqlarından biri olduğu əks etdirilir.
Sağlamlıq mərkəzi | |
---|---|
Janr | sənədli film |
Rejissor | Aydın Mahmudbəyov |
Ssenari müəllifi | Kamal Aslanov |
Operator | Azər Salayev |
İstehsalçı | "Rakurs" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1990 |
Texniki məlumatlar |
1 hissə 250 metr 35 mm |
Rəng | rəngli |
Filmdə stomatoloji mərkəzin fəaliyyətində-yüksək ixtisaslı həkimlərin xəstələrə göstərdiyi nümunəvi xidmətdən, ən müasir səhiyyə aparatlarından, səhiyyə ocağındakı müxtəlif şöbələrdə aparılan əməliyyatlardan, habelə Azərbaycan stomatoloqlarının bu sahədə qazandığı nailiyyətlərdən söhbət açılır.