Saab 18, Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Təyyarə, 1930-cu illərdə İsveç Hərbi Hava Qüvvələrinin inventarında olan Junkers Ju 86 təyyarəsini əvəz etmək[1] və hərbçilərin sürətli üç nəfərlik kəşfiyyat təyyarəsinə ehtiyacını ödəmək məqsədi ilə hazırlanmışdır.[2] Təyyarə ilk uçuşunu 19 iyun 1942-ci ildə etdi və 1944-cü ilin iyununda xidmətə başladı..[2]
Saab 18 | |
---|---|
Tipi | Kəşfiyyat təyyarəsi |
Hazırlayan | Saab AB |
İstehsalçı | Saab AB |
Baş konstruktor |
Frid Wänström Carl Haddon |
İlk uçuş | 19 iyun 1942 |
İstismara verilmə tarixi | 1944 |
İstimarının bitmə tarixi | 1959 |
Status | Xidmətdən kənar edilmişdir |
İstismarçılar | İsveç Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1944-1948 |
Buraxılış sayı | 248 |
Vikianbarda əlaqəli mediafayllar |