Saarbrükken körpüsü

Saarbrükken körpüsü (gürc. ზაარბიუკენის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının üzərində yerləşən avtomobil körpüsü. Quru körpü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Tiflis şəhərində inşa edilən ilk daş körpüdür. Öz dövrünün Rusiya imperiyasında ən böyük daş körpü olmuşdur.

Saarbrükken körpüsü
gürc. ზაარბიუკენის ხიდი
Xəritə
41°42′07″ şm. e. 44°48′15″ ş. u.
Keçid avtomobillər və piyadalar üçün
Yeri Tbilisi
Üslubu Aşırımlı
Material daş[d], armaturlanmış beton
Uzunluğu 124
Eni 26
Hündürlüyü 15
Açılışı 1853
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körpü Xudi küçəsini Saarbrükken meydanı ilə birləşdirir. Körpüdən yuxarı axar boyunca Qalaktion Tabidze, aşağı axar üzrə isə Barataşvili körpüləri yerləşir.

İlk əvvəllər Böyük Mixaylevski körpüsü (Kiçik Mixaylevski körpüsü onun davamını təşkil edirdi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) olaraq adlandırılır. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. Sovetlər dönəmində Köyük Karl Marks körpüsü olaraq adlandırılır. 1994-cü ildə körpünü nadı Tiflislə qardaşlamış şəhər olan Saarbrükkenin şərəfinə adlandırılır.

XX əısrin əvvəlləri.

Körpülərin rəsmi aşılışı 8 noyabr 1853-cü ildə baş tutmuşdur. Ancaq işlər 20 may 1857-ci iləqədər davam etdirilmişdir. İnşa edildiyi zaman Rusiya imperiyası ərazisində daşdan inşa edilən ən böyük körpüdür. 25 fevral 1883-cü ildə buradan ilk konka xətti keçmişdir. 1884-cü ildə körpü təmir edilmişdir. ХХ əsrin əvvəllərində Tiflisdə Kür çayı üzərində mövcud olan altı körpüdən biridir[1].

Körpü beş aşırımdan ibarətdir. Köprünün fasadı sarı tüf və boz granit ilə üzlənmişdir. Köprünün fasadı tüf və bazalt ilə üzlənmişdir. Körpünün ümumi uzunluğu 124 m, eni isə 26 metrdir (bu yolun hər iki tərəfində isə eni 3 m olan iki səkiyə sahibdir).

Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü dörd zolaqlıdır.

  1. Москвич Г. Г. Иллюстрированный практический путеводитель по Кавказу. — 20-е. — СПб., 1913. — С. 232. — 498 с.