Sabir Əliyev (şair)

Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, DQMV27 iyul 1977, Şuşa, DQMV) — Azərbaycan şairi.

Sabir Əliyev
Əliyev Sabir Əli oğlu
Doğum tarixi
Doğum yeri Şuşa, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Şuşa, Azərbaycan SSR
Təhsili
Fəaliyyəti Şair
Mükafatları "Səhiyyə əlaçısı" döş nişanı

Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır. 2 iyun 1967-ci ildə Azərbaycan səhiyyə sahəsində fəaliyyətinə görə o "Səhiyyə əlaçısı" vəsiqəsi almışdır. Bundan başqa bir çox tərifnamələr almış, həm də şerlər yazmağa başlamışdır. Səhhətinə görə 1976-ci ildən doğma şəhərinə Şuşaya qayıtmış və orada da 1977-ci ildə dünyasını dəyişmişdir. Onun atası Əliyev Əli İbrahim oğlu ticarətdə işləmişdir.

Sabir Əliyev özünə şərəfli bir peşə seçmişdir. O, dünyanın əşrəfi olan insanların keşikçisi idi. Onu nə yuxusuz gecələr yorurdu, nə də bitib tükənməyən qayğılar. Deyirlər həkimlərin ürəyi bərk olur, möhkəm olur. Bunu onların peşəsi tələb edir. Axı, cərrah bıçağından kövrək bir ürəklə yapışmaq olmaz. Bəs onda; - "Yazqız qalıb qüssələnsən, gecələr, -Ay olaram pəncərəndən baxaram." – misraların müəllifini bərk ürəkli necə adlandıraq?

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]