Sabir Süleyman

Süleyman Sabir Rafiq oğlu (28 iyul 1977, Bakı) — Grandmaster, Doktor MA, Su-do sənətinin banisi, 10-cu Dan Qara Kəmər sahibi, Fizioterapiya Mütəxəssisi, bir çox kitabların müəllifi.

Sabir Süleyman
Doğum tarixi 28 iyul 1977(1977-07-28) (45 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti atlet

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

28 iyul 1977-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində anadan olub. 4 yaşından atası onu müxtəlif idman bölmələrinə apardı: gimnastika, üzgüçülük, şahmat, otüstü xokkey, atletika, üzgüçülük və futbol. 11 yaşında karate-do döyüş sənətini öyrənməyə başladı. Uşaqlıqdan idmana olan marağı qısa müddətdə özünü göstərdi. Cəsarəti və həmişə qələbə qazanmaq istəyi müəllimin gözündən yayınmadı. Bakı şəhəri 271 nömrəli orta məktəbi bitirdikdən sonra o Z. Tağıyev adına Maliyyə və İqtisad Kollecini, sonra isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını(karate-do üzrə mütəxəssis) bitirib. Ali məktəbi bitirdikdən sonra hərbi kəşfiyyatın baş təlimatçısı olaraq orduda xidmət edib.

Chuck Norris (Əfsanəvi döyüş ustası, Hollivud filmləri ulduzu, Chun Kuk Do-nun yaradıcısı), Hirokazu Kanazawa ("Beynəlxalq Shotokan Karate Federasiyası" (SKIF) beynəlxalq təşkilatın rəhbəri, 10 Dan, karate dünyasının ən məşhur simalarından biri), İlya Yorqa (Fudokan Karate stilinin yaradıcısı), Aaron Norris (Məşhur döyüş ustası və Hollivud filmlərinin aktyoru. O əfsanəvi Chuck Norrisin kiçik qardaşıdır) kimi günümüzün ən böyük döyüş sənəti təşkilatlarının rəhbərləri və dünya şöhrətli ustaları ilə şəxsən tanışdır və seminarlarda iştirak edib.

Chuck Norrisin yaxın dostu və tələbəsi hesab olunur.

Dünyanın ilk karate akademiyasının qurucusudur. Onun rəhbərliyi altında 2008-ci ildə "Bakı Karate-do Akademiyası" işə başladı. 2011 -ci ildən Dünya Sudo Federasiyasının rəhbəridir.

Almaniyada yaşayır. Evlidir. 4 övladı var.

Hazırda Sabir Süleyman:

Dünya Sudo Federasiyasının prezidenti;

Avropanın ən böyük məktəblərindən birinin - Westfalen SUDO Association e.V. rəhbəri və baş məşqçisi;

"Olimpə Doğru" Olimpiya jurnalının sorğularına görə 2013 -cü ilin ən yaxşı məşqçisi;

"Ən yaxşı döyüşçü 2011" nominasiyasının qalibi;

4 qat Dünya Çempionu;

3 qat Avropa çempionu;

Avrasiya Kubokunun finalçısı;

26 -cı tələbə spartakiadasının çempionu;

«Eastern Stars» (Şərq Ulduzları) Beynəlxalq Turnirinin Çempionu;

Çoxqat Azərbaycan çempionu;

«Friendship Cup» (Birlik Kubokunun) qalibi;

bəzi Avropa döyüş-idman sənətləri məktəblərində məsləhətçi kimi çalışır;

Paderborn Dövlət Universitetinin (Almaniya) Magistratura məzunudur.

" “"Erkən gənclik illərindən bilirdim ki, bu müharibələrdə qəhrəmandan daha çox yanötən var. Mən qəhrəman olmaq istəyirdim. Vətən qəhrəmanı. Valideynlərimin qəhrəmanı. Ailəmin qəhrəmanı. Hər bir uzun səyahət ilk addımla, birinci addımla başlayır və mən çox uzun illər bundan öncə bu addımı atmışam. Bəzən xatırlayıram o çətin həyatı, o günlərdə və o yaşda ilk addım atmaq nə qədər çətin idi. İndi 42 yaşım var və oğlum İbrahim 13 yaşındadır. O bütün vərdişlərimi və xarakterimi alır. Hansı oğul atası ilə fəxr etmək istəməzdi?” "

İstinadlar[redaktə | mənbəni redaktə et]