Sabrina Veqa

Sabrina Veqa (isp. Sabrina Vega Gutiérrez; doğ. 28 fevral 1987) — ispaniyalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007).

Sabrina Veqa
isp. Sabrina Vega Gutiérrez
Ölkə İspaniya İspaniya
Doğum adı Sabrina Vega Gutiérrez
Doğum tarixi (37 yaş)
Doğum yeri Las-Palmas-de-Qran-Kanariya, İspaniya
Titulu qadınlar arasında beynəlxalq qrosmeyster (2007)
Son reytinqi 2413 (aprel 2017)
Maksimal reytinqi 2414 (oktyabr 2016)
FİDE nömrəsi 2219026
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahmat karyerası[redaktə | mənbəni redaktə et]

1996-cı ildən 2007-ci ilədək müxtəlif yaş kateqoriyalarında İspaniyanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Mondaris (2005–06), Lork (2007) və La-Masana (2007) şəhərlərində keçirilmiş beynəlxalq turnirlərdə qadınlar arasında beynəlxalq qrosmeyster normasını yerinə yetirib.[1] Ardıcıl iki dəfə Belqradda keçirilmiş beynəlxalq turnirlərdə qalib olub (2013, 2014).[2][3]

İspaniyanın qadınlardan ibarət milli komandasının tərkibində yeddi dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2004, 2008–2016),[4] altı dəfə isə Avropa çempionatlarında (2005–2015) çıxış etmişdir.[5]

Üç dəfə qadın şahmatçılar arasında İspaniya çempionu olub (2008, 2012, 2015).[6] 2016-cı ildə Rumıniyanın Mamaya şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında XVII şəxsi Avropa çempionatında gümüş medal qazanıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Administrator. "FIDE Title Applications (GM, IM, WGM, WIM, IA, FA, IO)". 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  2. Mihailov, Anton. "WGM Sabrina Vega Gutierrez wins the tournament in Belgrade". 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  3. "WGM Sabrina Vega Gutierrez wins another trophy in Belgrade - Chessdom". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  4. Bartelski, Wojciech. "OlimpBase :: Women's Chess Olympiads :: Sabrina Vega Gutiérrez". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  5. Bartelski, Wojciech. "OlimpBase :: European Women's Team Chess Championship :: Sabrina Vega Gutiérrez". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  6. "Sabrina Gutiérrez Vega es la Campeona de España 2008". 13 August 2008. 12 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]