Sadıq İmanov

Sadıq İmanov-AXC ordusunda podporuçik, repressiya qurbanı[1]

Sadıq İmanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Hərbi fəaliyyəti
Rütbə Podporuçik

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadıq Həsən oğlu İmanov- 1898-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya hücum edəndə həbs edilib, "filtrasiya"adı ilə Nargin adasına sürgün olunub. Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən "Azərbaycanın müstəqilliyi uğrunda!" gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nəzirli, Şəmistan. Arxivlərin sirri açılır. Bakı. 1999.