Hüseynov Sadıq Cavad oğlu - görkəmli kimyaçı alim, əməkdar elm xadimi, professor
Sadıq Hüseynov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Təhsili | Darmştadt Ali Texniki Məktəbi, 1910[1] |
1 may 1883-cü ildə anadan olmuşdur. 1904-cü ildə orta təhsilini Bakı Realnı Məktəbində aldıqdan sonra, Almaniyanın Darmştad Kimya Texnologiya İnstitutuna qəbul olmuş və oranı 1910-cu ildə bitirərək kimyaçı-mühəndis ixtisasına yiyələnmişdir. 1913-cü ildə Kiyev Tibb İnstitutuna daxil olmuşdur. 1917-ci ildə Bakıya qayıtmış, 1920-ci ildə açılan birillik müəllimlik kurslarının təşkilatçılarından biri olmuş və sonra onun əsasında yaranan Azərbaycan Pedaqoji İnstitutunda 1927-ci ilədək Kimya kafedrasının müdiri işləmişdir. Eyni zamanda, Azərbaycan Tibb İnstitutu (ATİ) və Azərbaycan Sənaye İnstitutunda kimyadan mühazirələr oxumuşdur. 1927-ci ildən BDU-da işləmişdir. 1936-cı ildə BDU-da, bir az sonra ATİ-də Qeyri-üzvi kimya kafedrasının müdiri təyin edilmişdir. 1921-ci ildən başlayaraq 1952-ci ilə qədər həmin tədris ocaqlarında kimyadan dərs demiş, Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir. 1939-cu ildə professor, 1943-cü ildə isə Azərbaycanın əməkdar elm xadimi fəxri adı almışdır.[2]