Saday Abbasov

Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012).

Saday Abbasov
Saday Həmid oğlu Abbasov
Doğum tarixi
Doğum yeri Mirzalıbəyli, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Fizika riyaziyyat elmləri namizədi (1984)
Elmi adı dosent (2005-2012)

Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub.

1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub.

1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb.

1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib.

1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir.

1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır.

Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır.

1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.

1997-ci ildən etibarən həm də sahibkarlıq fəaliyyətilə də məşğul olmuşdur.

6 may 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəli idi, beş övladı yadigar qalıb.

  • 2008, dərs vəsaiti "Fizika məsələləri (mexanika)"

Seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  • 1978, Bakı, Azərbaycan, "Molekullar arası qarşılıqlı təsir və konformasiya " Beynəlxalq Konfrans
  • 1986, Puşino, Russiya, "Полуэмпирический конформационный анализ невалентных комплексов гексадека-валиномицина с органическими ионами" VII Ümumittifaq Simpozium
  • 1987, Puşino, Russiya, "Математические и вычислительные методы в биологии " II Ümumittifaq Seminar
  • 1998, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" I Respublika Elmi Konfrans
  • 2000, Erzurum, Türkiyə, "İon-birləşdirici peptidlərin konformasiya analizi" Ulusal Simpozium
  • 2001, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" I Respublika Elmi Konfrans
  • 2003, Bakı, Azərbaycan, "Müasir fizikanın aktual problemləri" Respublika Konfransı
  • 2004, Bakı, Azərbaycan, "Elm və təhsildə informasiya-kommunikasiya texnologiyalarının tədbigi" Beynəlxalq Konfrans
  • 2005, Санкт-Петербург, Россия, "Изучение пространственного строения нейропептида ногистатина" II Rusiya Simpoziumu
  • 2006, Bakı, Azərbaycan, "Fizikanın aktual problemləri" IV Respublika Elmi Konfrans
  • 2008, Bakı, Azərbaycan, "Noqistatin molekulunun heqsapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədbigi" Beynəlxalq Elmi Konfrans
  • 2008, Bakı, Azərbaycan "Fizikanın aktual problemləri" V Beynəlxalq Elmi-Texniki Konfrans, Milli Aviasiya Akademiyası

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2008, Noqistatin molekulunun hekssapeptid fraqmentinin konformasiya analizi üsulu ilə tədqiqi
  • 2006 Nəzəri konformasiya analizi üsulu ilə noqiseptin reseptorunun C-uclu fraqmentinin tədqiqi
  • 2006 Noqiseptin reseptorunun C-uclu heksapeptid fraqmentinin tədqiqi
  • 2005 İzuçenie prostranstvennoqo stroeniə neyropeptida nocistatin
  • 2004 Noqistatin molekulu və onun fəza quruluşu
  • 2004 Noqistatin molekulunun molekulyar dinamika üsulu ilə tədqiqi
  • 2003 Noqistatin molekulunun fəza quruluşunun nəzəri konformasiya analizi üsulu ilə tədqiqi
  • 2003 Noqistatin molekulunun fəza quruluşu