Sadiq İsayev

14 mart 2003-cü ildə Salyan rayonu Arbatan kəndində anadan olub.[1]

Sadiq İsayev
Sadiq Rəşad oğlu İsayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan
Vəfat tarixi (19 yaşında)
Vəfat səbəbi Şəhid
Dəfn yeri Salyan
Dəfn tarixi 16.09.2022
Vətəndaşlığı Azərbaycan
Milliyyəti AZE
Hərbi fəaliyyəti
Qoşun növü Quru qoşunları
Rütbə Əsgər
Döyüşlər Qarabağ döyüşləri

Həyatı[redaktə | mənbəni redaktə et]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Salyan rayonunun Arbatan kənd sakini, 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olub.[2] Daha sonra 19 yaşlı şəhid İsayev Sadiq Rəşad oğlu Salyan şəhidlər xiyabanında torpağa tapşırılıb.[3] Qeyd edək ki, ailədə 2 qardaş olan şəhidin böyük qardaşı hazırda hərbi xidmət keçir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Salyan rayonu". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  2. "Şəhid Sadiq İsayev Salyanda dəfn edilib - FOTO". apa.az. İstifadə tarixi: 18 yanvar 2023.
  3. report. "Salyanda şəhid Sadiq İsayev dəfn edilib". 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2023.