Sadiq Omidzadə (fars.: صادق امیدزاده; İran – 20 yanvar2024[1], Mezzeh[d]) həmçinin də Höcətullah Omidzadə[2] (fars. صادق امیدزاده) kimi də tanınan iranlı general və Suriyadakı Qüds Qüvvələrinin kəşfiyyat bölməsinin rəhbəri olmuşdur.[3] O, İsrail-Həmas müharibəsi zamanı İsrailin hava hücumu nəticəsində öldürülmüşdür.[4][5]
2012-ci il avqust ayının 14-də Omidzadə digər İran rəsmiləri ilə bəs Dəməşq hava limanının yaxınlığında Suriya müxalifəti tərəfindən əsir götürülmüşdür. Daha sonra o, Qətərin vasitəçilik səylərindən sonra sərbəst buraxılır.[6] 2023-cü ilin iyun ayında Omidzadənin Suriyadakı Amerika qüvvələrinə hücumlar planlaşdırdığına dair xəbərlər yayılmışdır. Onun xüsusi olaraq diqqət yetirməli olduğu məsələ Suriya ərazisindəki ABŞ-ın qoşunlarının istifadəsində olan Humvee və Cougar tipli zirehli maşınlar olmuşdur.[7][8]
20 yanvar 2024-cü ildə Omidzadə Əli Ağazadə, Səid Kərimi, Hüseyn Məhəmmədi[9] və Məhəmməd Əmin Səmədi[10] adlı digər dörd İran rəsmisi ilə birlikdə Dəməşqin Mezzeh rayonundakı bir binada görüş zamanı öldürülmüşdür. Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyi kimi, İsrailin hava hücumları binanın tamamilə dağıdılması ilə nəticələnmiş və bu da öz növbəsində azı 10 hərbçinin həlak olmasına səbəb olmuşdur.[11]
Onun ölümü İsrailin Dəməşqdə digər yüksək rütbəli zabit olan iranlı general Razi Musəvinin[12] öldürülməsindən bir aydan daha az bir müddət sonra və Beyrutda Saleh əl-Arurinin öldürülməsindən iki həftə sonra baş vermişdir.[13]