Safiya Həsən Şeyx Əli Cimale — Somalili siyasətçi. O, 27 may 2019-cu ildən 30 iyul 2020-ci ilə qədər Beledveyne şəhərinin meri olub.[1][2][3] Safiya Somali vətəndaş müharibəsindən sonra ölkənin ilk qadın meri seçilmişdir. Siyasətçi Qəyyumluq dövründə və həmçinin yeni müstəqil Somali Respublikasında Əmək və Sosial Məsələlər Naziri vəzifəsində çalışmış Şeyx Əli Cimalinin nəvəsidir.[4][5][6]
Safiya Həsən Şeyx Əli Cimale | |
---|---|