Sahib Həsənov (azərb. Həsənov Sahib Nəsib oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Sahib Həsənov | |
---|---|
Həsənov Sahib Nəsib oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1949-cu ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Məşədi Əzizbəyov heykəlinin yanındakı qəzet köşkünün satıcısı idi. Üç balası qaldı. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar prospektindəki yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, maşını idarə etmək qabiliyyətini itirmişdir. Bundan sonra maşın yenidən atəşə tutulmuş, sonra tankla maşının arda hissəsi əzilmiş və yolun kənarına atılmışdır. Bədənində səkkiz güllə yarası olub. Semaşko adına xəstəxanada vəfat etmişdir. Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Bakı, Keşlə, Zakir küçəsi 9.