Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Sahib Rəhimov (Sahib Səttar oğlu Rəhimov; 26 iyun 1937, Kərimbəyli, Qaryagin rayonu – 8 aprel 2020, Bakı) — dövlət xadimi.
Sahib Rəhimov | |
---|---|
Doğum tarixi | 26 iyun 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 2020 (82 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sahib Səttar oğlu Rəhimov 26 iyun 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Orta məktəbi Kərimbəyli kəndində bitirdikdən sonra 1954-cü ildə Azərbaycan Xalq Təsərrüfati İnstitutunun iqtisadiyyat fakultəsinə daxil olub, 1958-ci ildə uğurla bitirərək, təyinatla Dövlət Plan komitəsinin nəzdində fəaliyyət göstərən Təchizat və Təminat baş idarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. Sonra ki dövrdə o Azərmeşəkagiztikinti və Təminat birliyində baş mühəndis, şöbə müdiri və 1965-ci ilə qədər idarə rəisi vəzifələrini ardıcıllıqla icra etmişdir[1].
Sahib Rəhimov sonra ki illərdə Dövlət Tikinti materiallari İstehsalı Təchizat və Təminat idarəsinin rəis müavini (1965-1966-ci illər), Azərbaycan Kənd Tikinti Nazirliyinin MMTŞ-də baş mühəndis (1966-1969-cu illər), Montin adına Ağac Emalı zavodunun direktoru (1966-1972), Başkolxozlararasitikinti Sənaye Müəssisələri idarəsinin rəisi (1972-1979-cu illər), Meşədəmir zavodunun direktoru (1979-1983-ci illər), Kənd Tikinti Nazirliyinin Tikinti materiallari trestinin müdir müavini və həmin nazirlikdə Azərkəndtikintikomplekt trestinin rəisi (1983-1986),Azəraqrarsənayetikinti Birliyinin rəis müavini (1986-1989), Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədr müavini (1989-1990),Azərsənayetikinti Birliyinin sədr müavini (1991-1991) və Azərbaycan Sənaye Tikinti Materiallari nazirinin müavini (1991-1998) vəzifələrində çalışmışdı. 1998-ci ildən isə onun həyatında yeni bir səhifə açılır[1].
Sahib Rəhimov 1998-ci ildə Qaçqınlar və Məcburi Köckünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri və 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunur və 2009-cu ilə qədər bu vəzifədə çalışıb[2].
Sahib Rəhimovun əmək fəaliyyəti və vətənə xidməti Azərbaycan Respublikası tərəfindən hər zaman yüksək qiymətləndirilib, müxtəlif zamanlarda o, orden, medallarla, fəxri adlarla təltif olunub. O, Azərbaycan Respublikasının Əməkdar İnşaatcisi fəxri adi və 2007-ci ildə uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə prezident İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Sahib Rəhimov 8 aprel 2020-ci ildə Bakı şəhərində vəfat edib.[3]