Sakarya Tətbiqi Elmlər Universiteti, (Türk: Sakarya Uygulamalı Bilimler Üniversitesi) - 18 May 2018-ci il tarixli Rəsmi Qəzetdə dərc edilmiş Fərman Qanunu ilə quruldu.[1] Universitetdə 1 institut, 8 fakültə, 1 kollec və 15 peşə məktəbi var. Bu bölmələr universitet qurulmazdan əvvəl Sakarya Universitetinə bağlı idi. Məktəbin əsas məqsədi normal universitetlərlə müqayisədə praktik peşə təhsili verməkdir. Ayrıca məktəb Türkiyədə olan iki Tətbiqi Elmlər Universitetindən biridir.
Sakarya Tətbiqi Elmlər Universiteti | |
---|---|
Sakarya Uygulamalı Bilimler Üniversitesi | |
40°44′22″ şm. e. 30°19′58″ ş. u.HGYO | |
Şüar | Bilikləri bacarıqla birləşdiririk |
Əsası qoyulub | 2018 |
Rektor | Mehmet Sarıbıyık |
Tələbə sayı | 26 049 |
Müəllim sayı | 469 |
Şəhər | Sakarya |
Ölkə | |
Ünvan | Sakarya Uygulamalı Bilimler Üniversitesi Serdivan / Sakarya |
Sayt | subu.edu.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Peşəkar təcrübələri idarə etmək üçün məktəbin yaratdığı sistem sayəsində peşə məktəbləri üçün 3 + 1 və fakültələr üçün 7 + 1 təhsil modeli tətbiq olunur.[2] Bundan əlavə, sistem tələbələrə iş imkanlarını təmin etməyə kömək edir.[3]