Sakin Məmmədzadə

Sakin Məmməd oğlu Məmmədzadə (10 iyun 1960, Lənkəran) — Cənub Regional Futbol Federasiyası İB-nin Prezidenti (2006 — h.h.)[1]

Sakin Məmmədzadə
Doğum tarixi 10 iyun 1960(1960-06-10) (63 yaş)
Doğum yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

10 iyun 1960-cı İldə Lənkəran Şəhərində anadan olub. Ailəlidir , 4 övladı var .

Təhsili[redaktə | mənbəni redaktə et]

1983–1987-ci illərdə ADPU-nin " Fiziki Tərbiyə və Gənclərin Çağırışaqədərki Hazırlığı" ixtisasını bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1983-cü ildə boks idman növü üzrə SSRİ İDMAN USTASI normasını ödəmiş , 2000-ci ildə bu idman növü üzrə Beynəlxalq dərəcəli hakim adına layiq görülmüşdür. 1992–1995-ci illərdə "Xəzər" İdman Klubunun Prezidenti vəzifəsində çalışmışdır . 1993-cü ildə Lənkəran Dövlət Universitetində " Fiziki Tərbiyə və Gənclərin Çağırışaqədərki Hazırlığı" kafedrasını yaratmış və 1999-cu ilədək kafedraya rəhbərlik etmişdir . 1993–1994-cü illərdə LDU-da tələbə futbolçulardan ibarət "LDU-Xəzər" futbol komandasını yaratmışdır. 2004–2006-cı illərdə "Xəzər-Lənkəran" futbol klubuna dəvət almış və stadionun baş meneceri vəzifəsində çalışmışdır. 2006-cı ildə Cənub Regional Futbol Federasiyasının prezidenti vəzifəsinə seçilmişdir .2005-ci ildən Lənkəran Dövlət Universitetinin dosentidir. Onlarla elmi məqalənin və metodik vəsaitlərin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sakin Məmmədzadə daha 5 il federasiyaya rəhbərlik edəcək". Football-plus.az (rus). 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.