Sakon aşırımlı körpüsü

Sakon aşırımlı körpüsü (yun. Τοξωτή Γέφυρα Τσακώνας) — Yunanıstanda, Megalopolis şəhəri yaxınlığında yerləşən və Sakon vadisindən keçən dünyanın ən böyük aşırımlı köprülərindən biri. Körpü son bir neçə on il ərzində çoxlu sürüşmənin baş verdiyi təhlükəli bir ərazidə yerləşir[1][2][3].

Sakon aşırımlı körpüsü
yun. Τοξωτή Γέφυρα Τσακώνας
Xəritə
37°17′54″ şm. e. 22°01′52″ ş. u.
Keçid maşın üçün
Üslubu Aşırımlı körpü
Material dəmir-beton
Uzunluğu 490 metr
Eni 27 metr
Hündürlüyü 300 metr
Memar Nikos Donas
Tikintinin başlanma tarixi 2008
Tikintinin bitmə tarixi yanvar 2016
Açılışı 28 fevral 2016

Aşırımlı körpünün ümumi uzunluğu 490 metrdir[1]. Bu Paradeziya-Sakona və Tripolis-Kalamata nəqliyyat xətlərinin tikintisi zəncirində son iş olmuşdur. Tikinti işləri «Moreas» konsorsiumu tərəfindən Yunanıstan hökumətinin dəstəyi ilə aparılmışdır. Layihəni hazırlayan Nikods Donas olmuşdur. O, bu layihəni «Cəsarət» adlandırırdı. Sakon aşırımlı körpüsü Harilaos Trikupis Körpüsündən sonra ən çətin mühəndislik layihələrindən biri hesab edilir. Layihənin ümumi dəyəri tikintidə çıxan problemlərdən dolayı 94 milyondan 131,5 mln avroya qədər artmışdır[4].

Körpü üç yerdə dəstəklənir: köprünün ucunda və körpünün sütununda. Bu körpüdə sabitliyini təmin etmək üçün əsasdır. Körpünün aşırımı sütunla başlayır və 30 metr hündürlüyə çatır. Körpünün iki tərəfində olan iki aşırım körpünün metal hissəsini dəstəkləyir[5]. Körpünün özü pulludur. Körpünün tikinrisi 2008-ci ildən 2016-cı ilə qədər davam etmişdir[1]: faktiki açılış 2016-cı ilin yanvar ayında, rəsmi açılış isə 28 fevralda keçirilib. Körpünün eni 27 metrdir. Konstruksiyanın hündürlüyü isə 300 metrdir. Körpü üzərindən keçən magistral dörd zolaqlıdır. Avtomobil nəqliyyatı üçün nəzərdə tutulan körpünün memarı Nikos Donasdır. Aşırımlı körpü dəmir-beton konstruksiyasından hazırlanmışdır.

  1. 1 2 3 Tsakona Bridge Τ4 Domi S.A.
  2. One of the World's Largest Arch Bridges Built in Greece Arxivləşdirilib 2016-09-20 at the Wayback Machine, By Ioanna Zikakou, Aug 30, 2014, GreekReporter.com
  3. Tsakona Bridge 2nd Largest in Greece to Open Shortly Arxivləşdirilib 2019-04-05 at the Wayback Machine, By Toni Aravadinos, Dec 17, 2015, GreekReporter.com
  4. "Εντυπωσιάζει η γέφυρα της Τσακώνας | Ελλάδα | Η ΚΑΘΗΜΕΡΙΝΗ". 2018-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.
  5. "Αυτοκινητόδρομος Μορέας: Στο τελικό στάδιο η μεταλλική γέφυρα στην Τσακώνα" (yunan). 2014-09-04 tarixində orijinalından arxivləşdirilib.