Salatın piri

Salatın piriNaxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.[1]

  1. Naxçıvan Abidələri Ensiklopediyası