Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Bikar (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Saleh Ramiz oğlu Bağırov (10 mart 1981, Bakı) — teleaparıcı.[1]
Saleh Bağırov | |
---|---|
Doğum tarixi | 10 mart 1981 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Ramiz Bağırov |
Fəaliyyəti | aparıcı |
Saleh Bağırov 10 mart 1981-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Ramiz Sadıq Saleh oğlu Bağırov uzun illər Azərbaycan Dövlət Televiziyasında ali dərəcəli səs rejissoru olmuşdur. Anası Nərgiz xanım Nəsirova ingilis dili müəllimidir. Saleh Bağırovun babası Sadıq Saleh Bağırov[2] tanınmış teatr aktyoru Azərbaycan Respublikasının əməkdar artisi, həmçinin əmisi Pərviz Bağırov da aktyordur.
Saleh uşaq yaşlarından etibarən teatra səhnəyə maraq göstərirdi. Hələ orta məktəbə getməmişdən öncə evlərinin həyətində uşaqları ətrafına toplayar, improvizə edilmiş səhnə qurar onlar üçün tamaşalar oynayardı. 1987-ci ildə evlərinin üzbəüz səkisində yerləşən 132 saylı məktəbə qədəm qoydu. Elə ilk gündən səliqəsi, dərsə davamiyyəti ilə ibtidai sinif müəllimi Cəmilə müəllimənin sevimlisinə çevrilən Saleh məzəli əhvalatları, zarafatları ilə bir müddət sonra sinif yoldaşlarının da rəğbətini qazanır. Məktəb illərindən etibarən Gənc Tamaşaçılar teatrında səhnələşdirilən tamaşalarda iştirak edir. Ara bir dərs boş keçəndə də lövhədə səhnə qurar sinif yoldaşları ilə birlikdə əyləncə təşkil edərdi. Uşaq yaşlarından səhnəyə olan bu həvəs onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gətirir. Universiteti bakalavr və magistr təhsil dərəcəsi ilə bitirir. Tələbə ikən də, sonralar da müxtəlif teatrlarda tamaşalarda müxtəlif rollarda iştirak edir. 2004-cü ildə İctimai Televiziyanın ilk yarandığı gündən etibarən Saleh Bağırov bu televiziya ailəsinin sadiq üzvü kimi bütün yaradıcı enerjisi ilə teleaparıcı kimi çalışmağa başlayır. Özünəməxsus yaradıcılıq qabiliyyəti, zəkası və novatorluğu ilə İTV-də bu günə qədər bir çox proqram və verilişlərin hazırlanmasında yaxından iştirak edir.[3]
Saleh Bağırov ailəlidir, qız və oğul övladları var.[4][5]