Saleh Qafarov

Saleh Qafarov (30 avqust 1977, Aydınqışlaq, Qutqaşen rayonu14 may 2017, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. O, 2017-ci ildə Azərbaycan Ordusunun hərbçilərinin həbs edilməsi zamanı həbs edilib və istintaq zamanı vəfat edib. Ölümündən sonra bəraət alıb.

Saleh Qafarov
Şəxsi məlumatlar
Doğum tarixi 30 avqust 1977(1977-08-30)
Doğum yeri
Vəfat tarixi 14 may 2017(2017-05-14) (39 yaşında)
Vəfat yeri
Dəfn yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Saleh Qafarov 1977-ci il avqustun 30-da Qəbələ rayonunun Aydınqışlaq qəsəbəsində Şərif və Qənirə Qafarovların ailəsində anadan olub. Ailədə 13 övlad arasında 13-cü olan Saleh Qafarov ailəli idi və 2 övladı yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Saleh Qafarov hərbi təhsil alıb. O, Naxçıvan və Tərtərdə olmaqla, Azərbaycan Ordusunda 22 il xidmət edib.

Həbs edilməsi[redaktə | mənbəni redaktə et]

Saleh Qafarov 2017-ci il martın 20-də Azərbaycan Ordusundan tərxis olundu. O, Orduda 22 il xidmət etdi. Həmin xidmətlərinə görə Saleh Qafarov, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medallarla təltif edildi.

2017-ci il mayın 4-də Qəbələ rayonunda yaşayan Saleh Qafarovun evinə, özlərini Qəbələ Rayon Polis Şöbəsi və Qəbələ Rayon Prokurorluğunun işçiləri kimi təqdim edən beş nəfər gəldi. Saleh Qafarovun anası Qənirə Qafarovanın sözlərinə görə həmin beş nəfər oğlunu zorla avtomobilə mindirdilər və naməlum istiqamətə apardılar. Daha sonra onun ailəsinə Saleh Qafarovun Qəbələ rayonundan Tərtər rayonunun Marquşavan qəsəbəsinə aparıldığı bildirildi. Bir müddət sonra onun evində axtarış aparıldı və ailəyə aid olan CD-lər və digər əşyalar aparıldı. Saleh Qafarov həbs ediləndən bir gün sonra onun anası və həyat yoldaşı Qəbələ Rayon Prokurorluğuna çağırıldı və Saleh Qafarovun MAXE-nin ifadəsi əsasında həbs edildiyi bildirdi. Saleh Qafarovun anası oğlunu Tərtər, Goranboy və Yevlax rayonlarında axtarsada, oğlunun döyülüb başqa istiqamətə aparıldığı məlum oldu.

Saleh Qafarov həbs ediləndən 10 gün sonra, mayın 14-də yaşadığı Aydınqışlaq qəsəbəsinin məzarlığı 300 polis tərəfindən mühasirəyə alınıb. Daha sonra Saleh Qafarovun gizlincə dəfn olunduğu məlum oldu. Ananın fəryadlarına baxmayaraq, oğlunun cənazəsi anasına göstərilmədi.

İstinadlar[redaktə | mənbəni redaktə et]