Salman Baxşıyev (tam adı: Baxşıyev Salman Babaxan oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Salman Baxşıyev | |
---|---|
Baxşıyev Salman Babaxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Lənkəran |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1949-cu il martın 1-də Lənkəranda anadan olub. 4 uşağı atasız qaldı. Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işləyib. Yanvarın 26-da, hadisə olan günü qardaşı Əliqismətlə bir yerdə olub. Əliqismətin dedikləri: — Biz XC-nin üzvləri Bakıda günahsız yerə öldürülənlərin xəbərini eşidəndə şəhərdən çıxdıq ki, hərbçilər bizi də qırmasın. Biz meşədə qərar tutmuşduq. Yanvarın 26-da saat .14 dəqiqədə vertolyotlar başımızın üstündə fırlanmağa başladı və vertolyotlardan desant atmağa başladılar. Güllələr yağış kimi yağırdı. Biz məcbur olub yerə sərildik. Burada bir neçə adam yaralandı. Güllə qardaşım Salmanın da boğazından dəydi. Salman oradaca keçindi. Əsgərlər 21 adamın qollarını bağladılar. 7—8 nəfər saxladılar ki, yaralıları və ölüləri maşınların yanına aparaq. Oradan da Lənkərana — hərbi hissəyə gətirdilər. Bizi üzü üstə yerə yıxıb arxadan əlimizi, ayaqlarımızı məftillə boğazımıza bağladılar. Bizi təpiklə, dubinka ilə döydülər. Sonra vertolyotla Qızılağac aeroportuna, oradan da təyyarə ilə Bakı ya gətirdilər. Lənkəranda dəfn olunub.
Lənkəran şəhəri, Füzuli küçəsi dalan 2, ev 8.