Bu məqaləni vikiləşdirmək lazımdır. |
Salonitana tarixi (xorv. Historia Salonitana, Povijest biskupa Salone i Splita) — Historia Salonitanorum atque Spalatinorum pontificum və ya Salona və Split yepiskoplarının tarixi.[1]
Foma Splitskinin qısaca Historia Salonitana, yəni Salonitana tarixi kimi tanınan bu əsəri XIII əsrdə qələmə alınmış salnamədir və xorvatların erkən tarixi ilə bağlı dəyərli məlumatları özündə əks etdirir. Bu əsər ilk dəfə İohannes Lusius tərəfindən çap edilib.[2] Əsərin geniş versiyası Historia Salonitana maior, yəni Əsas Salonatina tarixi adlanır və XVI əsrdə çap edilib.[3] Hər ikisinin tənqidi mətnləri isə Nada Klaiç tərəfindən 1967-ci ildə Belqradda yenidən çap edilib.[4] Xronikada xorvatların gəlişi barədə belə məlumat verilirː
Linqoniya adlanan Polşa ərazilərindən Totilonun rəhbərliyi altında 7 və ya 8 tayfa birliyi axın etdi. Onlar Xorvat torpağının yaşamaq üçün əlverişli ola biləcəyini düşündülər, çünki daha az Roma koloniyası var idi... Əhalisi xorvatlar adlandı... Çoxları onları Polşa və Bohemiyadan axın edənlər kimi xüsusi adla qotlar və slavyanlar adlandırdı. |
Bu məlumat Chronicle of the Priest of Duklja (Duklyadan olan anonim keşişin xronikası) əsərində verilən məlumatla müqayisədə De Administrando Imperioda (İmperiya idarəçiliyindən) olan məlumata daha çox bənzər idi.
Xronikada qeyd edilir ki, Bizans imperatoru Heraklius və Papa IV İohannes bəzi xorvatları xristianlığa döndərdi. Bu hər iki şəxs VII əsrin ortalarında ölüb və faktiki olaraq xorvatların Adtiratikdə təxminən əsrin əvvəllərindən bəri yaşadığını ortaya qoyur.
Bu əsərdə xorvat kralı Dmitri Zvonimir və IV Pyotr Kreşimirlə bağlı geniş məlumatlar verilib.