Salsanın yaranması haqqında çoxsaylı rəvayətlər yayılmışdır. Bir sözlə bu variantların çoxu bir – biri ilə uzlaşır və salsa Kuba yuxusu adlandırılır. Onun daxilindəki ritmlər XIX əsrin sonunda Kubada meydana gəlmişdir.
Salsanın daxilindəki afro Kuba musiqisi özünəməxsus tarixə malikdir, çünki bu musiqi iki mədəniyyətin birləşməsi nəticəsində meydana gəlmişdir. Bura Avropa yəni ispan - ərəb qarışığı ilə afrikanların qatılmasından meydana gəlmişdir. Mövzudan kənarlaşmamaq üçün deyə bilərəm ki, ispanlar afro – kubalılardan çalğı alətlərini mənimsəmişlər, musiqi və poetik forma da afrikalıların kölələrindən barbarlardan və digər xalqlardan əldə edilmişdir. Müxtəlif zərb alətləri, müğənnilər və xorun da özünəməxsus olan üsulu vardır. Beləliklə bir neçə dəfə estribillo hissəsini təkrarlamaq lazımdır. Bu onlarda nəıqarət mənasını kəsb edir. Əcdadları olan əhali, hindlər, musiqiyə heç bir təsir göstərmədilər, bütövlükdə Kuba mahnılarına öyrəşdilər. Yalnız hindkubalılara aid olan Areítos çox məşhurdur, xüsusi əcdadların musiqisi, rəqsi və regional kollektivləri hər biri özlüyündə müxtəlifdir. Lakin bu tipli hindlərin təsiri Şimala olduğu kimi Şimali Amerikanın məkəzinə də təsir edir, Kubada isə hiss olunmur. Əvvəllər bu musiqilər daha dərin surtdı Kubanın şərq hissəsində yayılmışdı. Xüsusən Santiyaqo və Siyerra Mayestrada, həmçinin Quantanama əyalətində Changüí kimi bütün bayramlarda səslənirdi. Bu musiqinin tanınması 1892–ci ildən etibarən onu səsləndirən Nene Manfuqasın (Nene Manfugas) sayəsində oldu. Bu şəxs öz qrupu ilə birlikdə bu musiqiləri səsləndirirmiş. Həmin qrup Montune adlandırılırdı və Santiyaqodakı bütün karnavallarda iştirak edirdilər. Nenenin ifa etdiyi musiqi aləti qədim yeşiyə bənzəyirdi və üç simdən ibarət olaraq tres adlandırılırdı. Hazırda bu alət musiqinin əsas simvollarından biridir. Həmin müddət ərzində ters, gitara (ispanların mirası), bonqo, marakas, klavesin (fortepianoya oxşar klavişli qədim musiqi aləti) – bu aləti adətən iki şəxs birlikdə ifa edirdi və nəhayət maribula və botixa – bu alət isə sonralar kantrabasla əvəz edilmişdir.
1909–cu ildə Kubanın bütün istiqamətlərində yayılmışdır və 20 – ci illərdə bu musiqinin daxilinə kvartet də əlavə edildi. XX əsrin ikinci yarısında yeni səslənmə üsulu ritmlə əvəz edildi, nəticədə standart qrupa kərənay (nəfəslə çalınan musiqi aləti) musiqi aləti də qatıldı. 30 – cu illərdə musiqinin daxilinə Karib ritmləri də uyğunlaşdırıldı, daha sonra Şimali və Cənubi Amerikaka da getdikcə yayılmağa başladı. Cənubi Amerika və Latın Amerikasında mahnı salsa kimi məşhurlaşmağa başladı. Beləliklə salsa özündə qatışıq ritmləri birləşdirdi. Bunlara misal olaraq:
Kubadan danson və rumba
Cənubi Amerikadan caz, rok, svinq
Karibdən bomba, plena, kumbya
Şimali Amerika samba, tanqo
Onun bir çox formaları olsa da hamısı birlikdə salsa adlandırılır. Cəmittə içərisində məlumdur ki, salsa "sous" mənasını ifadə edir. İrəli sürülən fikirlərə görə Mayaminin balaca klublarından birində gecələr qrup fəaliyyət göstərirdi və onlar Kuba mahnılarını ifa edirdilər. Bu musiqini hamı o qədər sevdi ki, nıəhayət mahnı bitdikdən sonra belə tamaşaçılar "Salsa! Salsa!" deyə qışqırırdılar. Elə mahnı da bu səslər kimi isti və alovlu idi, hətta sousa da bəlkə bu səbəbdən bənzədilirdir.
Digər fikirlərə görə bu mahnının adı əsrin əvvələrndə meydana gələn "Echale Salista" ilə bağlıdır Bu fikirlər də razılaşmaq olar, 60 – cı illərin sonunda ABŞ – ın Medison Skver Qarden hissəsində təntənəli konsert hazırlandı və bu konsert Fania All Stars tərəfindən təşkil olunur. Burada Latın Amerikası müğənniləri yeni yaratdıqları ifaları göstərirdilər. Boogaloo ritmləri müasir Kuba mahnılarına bənzəyirdi, hətta daxilində merenge, bossan, kumba, ça – ça – ça, mambo və buqi – vuqi də hiss edilirdi. Amerikada bütün insanların yeni musiqi ritmləri altında etdiyi rəqsləri gördükdə Tito Puento qədim sözləri yadına saldı; "Esto es una gran salsa!", bu sözlərin tərcüməsi "Möhtəşəm sous!" deməkdir. İnsnalar düşünür ki, sousun tərkibindəki müxtəlif inqridentlər ona xüsusi dad verir və ritmlər də eyni bunun kimidir.
Bu sözlər ilk addan dah çox sevildi və tezliklə Amerikanın bütün regionlarına yayıldı. Müasir zamanımızda hazırkı salsa ritmləri də durmadan dəyişikliyə uğrayır. XX əsrin sonlarında iki bu növdə olan qol yarandı; "salsa dura" və "salsa nueva". Bu növün yaradılması daha çox "tango nueva" və "nueva flamenco" musiqilərini təqib etdi.