Salsola richteri

Rixter şorangəsi (lat. Salsola richteri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.

Rixter şorangəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Orta Asiyada, səhra zonasında bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2-3 (5), diametri 2 m-dək zərif çətirli və dərin kök sistemi olan kol və ya ağacdır. Nazik birillik zoğların qabığı ağ, parlaq, bəzən qısa tükcüklü, qoca budaqlarda və gövdədə açıq-bozdur. Gövdəsinin diametri 10-15 sm-dir. Yarpaqları növbəli, sulu, təxminən sapşəkilli, uzunluğu 40-80 və qalınlığı 1-2 mm, seyrək və qısa tükcüklü, bir az ağımtıl və ya çılpaq, bünövrəsində qalınlaşmış, yuxarıya uzanmışdır. Çiçəkləri tək, çiçəkaltlığı yarpaqlarının qoltuqlarında oturur və xüsusi zoğlarda sünbülvari çiçək qrupu əmələ gətirir. Bu cür zoğların oxu nazik, nahamar olub, vegetasiyanın sonunda 50-100 sm-dək uzanır. Erkəkcikləri 5-dir, tozluqları alt tərəfdə yayılan, üstü kiçik, sarımtıl,uzunsov-yumurtavari örtüklü, çıxıntılı; yumurtalığı yuxarı, uzunsov sütuncuqlu və iki qanadlı dişicik ağızlıdır. Meyvələri quru,bozumtul qanadlı, diametri 10-15 (20) mm olan birtoxumlu qozalardır. Toxumları spiral, horizontal yerləşmiş nüvəlidir. Toxumlarla çoxalır. Çiçəkləmə dövrü mayın axırlarından və iyundan sentyabra qədər uzanır; iyuldan payızın axırlarınadək meyvə verir.

Quraqlığa və istiyə davamlı olub, şorakətləşmiş quru, qumlu torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qobustanda, Naxçıvan düzənliklərində təbii halda bitir.

Meyvələri müalicəvi məqsədlər üçün istifadə edilir.