Saməddin Əsədov

Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir.[1]

Saməddin Əsədov
Azərkosmosun İdarə Heyətinin sədri
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili

Azərbaycan Dövlət İqtisad Universiteti

ADA universiteti
azercosmos.az/az

2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır.

2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır.

2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş.[2]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.[3]

2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib.

2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub.

2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.

  1. "Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat". Oxu.Az (az.). 2021-06-16. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  2. "Azercosmos". azercosmos.az. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  3. "azpost.info". 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.